Kreditə götürdüyü fotoaparatın pulunu ödəyə bilməyib özünü asan fotoqrafa kömək etmək istəyənlər var- Bu xəbəri oxuyun
9 Yanvar 2017 17:08 SosialBakıda intihara cəhd olub.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N. Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, N. Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb. OLAYLAR a müraciət edən xeyirxah insanlar fotoqrafa kömək etmək istəyirlər. Fotoqrafın valideynlərindən xahiş olunur ki sabah saat 9 dan bu nömrə ilə əlaqə saxlasınlar 012 5026396
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31