Gündəm

Qərib Məmmədov "Şöhrət" ordeni aldı

9 Yanvar 2017 18:14

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Q.Ş.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

9 Yanvar 2017 18:11

Azercell Telekom MMC-nin 2008-ci ildən etibarən start verdiyi Tələbə Təqaüd proqramının növbəti qalibləri müəyyən edilib.Tələbə Təqaüd Proqramının mərhələli seçimləri nəticəsində 27 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Uğur əldə edənlər sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikası yanında Dövlət Idarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri var.

Qüdsdəki terrorçunun arvadı və valideynləri saxlanıldı

9 Yanvar 2017 18:08

İsrail polisi Qüdsdə terror aktının araşdırılması çərçivəsində doqquz nəfəri saxlayıb. Bunu Qüdsün polis rəsmisi Lyuba Samri deyib. Onun sözlərinə görə, saxlanılanlardan beşi terror aktını törədən şəxsin qohumlarıdır.

Professor: "İnsanların kütləvi şəkildə müayinə olunması lazımdır"

9 Yanvar 2017 18:06

Səhiyyə Nazirliyinin baş allerqoloqu, Azərbaycan Tibb Universitetinin terapiya kafedrasının professoru, əməkdar həkim Cəbrayıl Məmmədov report-a müsahibə verib.

"İslam NATO"su Azərbaycana nə dərəcədə lazımdır?

9 Yanvar 2017 18:04

Ümumiyyətlə, bu koalisiya Azərbaycana köklü şəkildə lazım deyil. Lakin müəyyən siyasi manevrlər baxımından İslam Əməkdaşlıq Təşkilatı kimi bu quruma da üzv olmaq ziyansızdır. Lakin bir şərtlə, Azərbaycan heç bir halda hərbi əməliyyatlarda birbaşa iştirak etməməli və Yaxın Şərqdəki qarmaqarışıqlıqda özünə düşmən qazanmamalıdır.

"Türkiyə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcək" - Çavuşoğlu

9 Yanvar 2017 18:01

"Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyənin Qafqaz regionu ilə xüsusi münasibətləri var. Nazir deyib: "Ankara Qafqaz regionunda sabitlik və inkişaf məqsədlərinə yaxınlaşır".

Rəcəb Tayyib Ərdoğan: "Onlara dost deməyə dilim gəlmir"

9 Yanvar 2017 17:57

"Onlara dost deməyə dilim gəlmir". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplantısında deyib. 

"Ermənistanın bu alçaq davranışı yalnız terrorçulara məxsus yanaşmadır"

9 Yanvar 2017 17:45

"Beynəlxalq humanitar hüquqa, xüsusilə Cenevrə konvensiyalarına uyğun olaraq həlak olmuş hərbi qulluqçunun meyidi dərhal qaytarılmalı olduğu halda, Ermənistanın törətdiyi təxribatdan on gündən artıq müddət keçməsinə baxmayaraq, rəsmi Yerevan hərbi qulluqçumuzun meyidini qaytarmaqdan imtina edir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur". Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

9 Yanvar 2017 17:44

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.

Bakı şəhər birinciliyi keçirilib

9 Yanvar 2017 17:42

Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində 1998-99 və 2002-2003-cü il təvəllüdlü öglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, birincilikdə Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, Respublika Olimpiya Mərkəzi (ROM), Bakı şəhəri üzrə Təhsil İdarəsi (BTİ)-ni təmsil edən 201 nəfər idmançı mübarizə aparıb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bakıda quldurluq edən şıxs tutulub

9 Yanvar 2017 17:39

Paytaxtda quldurluq edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Bakı şəhər sakini Rəbbi Niftəliyevdən quldurluq yolu ilə pul tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini Ağamusa Əsgərov tutulub. Araşdırma aparılır. 

“Koroğlu” MMC-nin seyfndən 35 min manat aparılıb

9 Yanvar 2017 17:37

“Koroğlu” MMC-də oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da "Koroğlu" MMC-yə məxsus seyfdən 35000 manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.

Kafeni qarət edən dəstə ifşa edilib

9 Yanvar 2017 17:35

Ötən il dekabr ayının 31-nə küçən gecə Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Bakı şəhər sakini Rəşid Əbilova məxsus kafedən qapının qıfılını sındırmaq yolu ilə 2 ədəd müşahidə kamerası, 1 ədəd yaddaş qurğusu, modem və televizor oğurlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tahir Dadaşov, İsmayıllı rayon sakinləri İlkin Hüseynov, Vüqar Yedigarov və qardaşı Kamran tutulublar. 

Mağazanı qarət edən şəxs yaxalanıb

9 Yanvar 2017 17:32

Paytaxtda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də Bakı şəhər sakini Mirzəkərim Yaqubova məxsus mağazadan 1400 manat pul və 25 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Yaşar Ziyadov tutulub.

Keçmiş məhkumdan narkotik vasitə götürülüb

9 Yanvar 2017 17:31

Suraxanı sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Mehman Mirzəyevdən 8,98 qram marixuana götürülüb. Onun evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.