Bakı şəhər birinciliyi keçirilib
Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində 1998-99 və 2002-2003-cü il təvəllüdlü öglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, birincilikdə Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, Respublika Olimpiya Mərkəzi (ROM), Bakı şəhəri üzrə Təhsil İdarəsi (BTİ)-ni təmsil edən 201 nəfər idmançı mübarizə aparıb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
9 Yanvar 2017 17:42 SosialBakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində 1998-99 və 2002-2003-cü il təvəllüdlü öglanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, birincilikdə Neftçi İKİB, Təhsil RİM, Məhsul İC, Ümid İK, Atletika İK, Spartak İC, Respublika Olimpiya Mərkəzi (ROM), Bakı şəhəri üzrə Təhsil İdarəsi (BTİ)-ni təmsil edən 201 nəfər idmançı mübarizə aparıb. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.