Türkiyə parlamentin sədri xəstəxanalıq oldu

"Türkiyə parlamentinin sədri İsmail Kahramanın səhhəti yaxşıdır".  Bunu onun müalicə olunduğu Güvən xəstəxanasından bildiriblər.

"Türkiyə parlamentinin sədri İsmail Kahramanın səhhəti yaxşıdır".  Bunu onun müalicə olunduğu Güvən xəstəxanasından bildiriblər.
Məlumata görə, onun ağciyərində infeksiya təsbit edildiyindən müalicəsi ciddi rejimdə davam etdirilir.
Xəbərdə həmçinin vurğulanıb ki, İsmail Kahraman Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrə qatılmayacaq və bu məsələ ilə bağlı parlamentdəki səsvermədə iştirak edə bilməyəcək. Bu barədə "Report" "Haber7"yə istinadən xəbər verir.

***

Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman reanimasiyadadır. Dekabr ayında əməliyyat olunan sədr yenidən xəstəxanaya yatırılıb. Onun hazırkı vəziyyəti barədə məlumat verilmir. Bu  barədə Milli.Az "Haberler"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31