Xüsusi fondun inciləri

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadı. Onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş “başlıq”dı.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadı. Onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş "başlıq"dı.

"Başlığ"ın alınlıq hissəsi qarasavat işləmə texnikası ilə nəfis bitki naxışlarla, arxa hissəsinin zəncirlər silsiləsi isə gümüş sikkələr və incə asma qozalarla bəzədilmişdir.

Alınlıq hissənin daxili hissəsində h. "1337" (m. 1918/1919) tarixi həkk edilib. Bu da öz növbəsində zərgərlik nümunəsinin hazırlanma tarixi dəqiqləşdirməyə əsas verir.

Muzeydə mühafizə olunan digər maddi-mədəniyyət nümunələri kimi "başlığ"ın da gələcək nəsillərə ötürülməsi üçün xüsusi diqqət ayrılmışdır. Belə ki, zərgərlik nümunəsi Bərpa laboratoriyasının bərpaçı-dizayneri V.Xüdaverdiyev tərəfindən bərpa və konservasiya olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31