Teatra təşəkkür etdilər

Dövlət Gənc Tamaşaçılar Teatrının məktəblilərin yeni il tətili günlərində nümayiş etdirdiyi tamaşalar fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar tərəfindən də çox böyük maraqla qarşılanıb.

Dövlət Gənc Tamaşaçılar Teatrının məktəblilərin yeni il tətili günlərində nümayiş etdirdiyi tamaşalar fiziki qüsurlu və valideyn himayəsindən məhrum uşaqlar tərəfindən də çox böyük maraqla qarşılanıb.

Bayram günlərində "Savab Dünyası" Talassemiya Assosiasiyası, "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi, Azərbaycan Əlillər Cəmiyyəti Səbail Rayon Əlillər şöbəsinin İdarə Heyəti, "Duyğu" Sosial Reabilitasiya İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, Azərbaycan Respublikası Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Yasamal rayon şöbəsi, Azərbaycan Respublikası Əlil Körpələrə Yardım İctimai Birliyi, "Ümid İşığında" Əlil Uşaqlara Yardım İctimai Birliyi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı, Azərbaycan Diabet Liqası, Ümidli Gələcək Gənclər İctimai Birliklərindən olan azyaşlı dostlarımız yeni il tamaşası olan "Qrinç"i izləmək imkanı əldə ediblər.

Teatrda il ərzində hazırlanan, xüsusilə yeni il və Novruz bayramı ərəfəsində  nümayiş etdirilən tamaşalara adıçəkilən təşkilatlar fəal iştirak edirlər. Xeyriyyə məqsədilə nümayiş etdirilən tamaşalara, eləcə də hər zaman onlara göstərilən diqqət və qayğıya görə  bir sıra müəssisələrdən teatra təşəkkür məktubları daxil olub.

"Yaradıcı təşkilat olaraq bu bizim vətəndaşlıq borcumuzdur. Sözügedən birliklərin üzvləri də cəmiyyətin bərabər hüquqlu üzvləridir və onlara mənəvi və maddi dəstək olmaq bizim üçün şərəfdir" - deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31