Caz ifaçılarının konserti olacaq
Fevralın 16-da Heydər Əliyev adına Sarayda tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. “Olaylar” – a verilən məlumata görə “jAzzeri Bands” caz musiqi axşamında Əməkdar İncəsənət Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Respublikanın Xalq artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər. Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndirəcəklər.
9 Yanvar 2017 14:36 MədəniyyətFevralın 16-da Heydər Əliyev adına Sarayda tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. "Olaylar" - a verilən məlumata görə "jAzzeri Bands" caz musiqi axşamında Əməkdar İncəsənət Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Respublikanın Xalq artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər. Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndirəcəklər.
Qeyd edə ki, konsert saat 19:00-da başlayacaq. Konsertin biletləri 20-50 manat arası dəyişir. Biletləri İticket.az dan online, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.