Gündəm
Uşaq hüquqlarının müdafiəsi, yoxsa zorla icra olunan məhkəmə qətnamələri?
Məlum olduğu kimi ailədə yaşamaq və tərbiyə olunmaq uşağın əsas hüquqlarından biridir. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Övladlığa götürmə də uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir. Lakin bütün hüquqi normaların olmasına baxmayaraq hələ də Azərbaycanda övladlığa uşaq götürmək problem olaraq qalır.
Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarına məktubu
("irşad " qəzeti, N 218, 17 sentyabr 1906-cı il, səhifə 4) "İrşad "qəzetində məktəb və maarifçilik məsələlərinə aid yazılarla maraqlananda H.Z.Tağıyevin imzası ilə verilmiş bir yazıya təsadüf etdim.Maraqlı idi.Öz adını belə yaza bilməyən məşhur milyonçu bu yazını nə üçün ictimai müzakirəyə çıxarıb? Yazıda söhbət qızları "Bakı Ünas Svyataya Nina Məktəbində"( " Bakı Müqəddəs Nina Qız məkrtəbi"ndə) oxuyan müsəlman qızların valideynlərinin Hacı Zeynalabdin Tağıyevə maraqlı bir müraciətindən gedir.
Banklar problemli kreditlərin içində batır
Manatın dollara nisbətən dəyərinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə yaranan ən ciddi problemlərdən biri banklardan götürülmüş kreditlərlə bağlı oldu. Bankların qeyri-qanuni olaraq dollarla götürülmüş krediti yeni məzənnə ilə tələb etməsi vəziyyəti daha da çətinləşdirdi. Daha doğrusu vətəndaşdan yeni məzənnə əsasında kreditin geri qaytarılmasını tələb edən bank bu absurd “qərarı” ilə daha çox özünə ziyan vurmuş oldu. Bəzi banklar isə vətəndaşı aldadaraq ondan krediti köhnə məzənnə ilə alacağını bildirsə də, borcun üzərinə əlavə faizlər əlavə etməklə asan qazanc əldə etməyə çalışdılar. Məhz bankların yol verdiyi bu kimi qanunsuz addımların nəticəsidir ki, bu gün də onlarla vətəndaş arasında kredit problemi həll edilmədən qalır və qeyri-müəyyən vəziyyət davam edir. Hətta bəzən bu kimi hallar məhkəmə instansiyalarına qədər gedib çıxır.
Ermənistanda nə baş verir?
Son vaxtlar Ermənistanın bütün istiqamətlərdə çətin duruma düşdüyü açıq şəkildə özünü göstərməkdədir. İstər daxili siyasi gərginlik, istər diplomatik uğursuzluq, istərsə də hərbi müvəffəqiyyətsizliklə üzləşən işğalçı ölkə yaranmış vəziyyətdən çıxış yolları aramaqdadır. Bu arada yaşanan iqtisadi böhran Ermənistanın durumunu bir qədər də ağırlaşdırır.
Dünya güclərinin müstəmləkəçilik siyasəti
Müasir dövrümüzdə dünya güclərinin yeni ərazilər zəbt etmək, bir sıra regionları nəzarətdə saxlamaq istək və arzuları ayrı-ayrı ölkələrlə minlərlə insanın həyatı bahasına başa gəlir. İraqdan tutmuş Liviyaya, Misirdən, Yəmən və Suriyaya qədər olan coğrafiyanı əhatə edən bu proses günümüzdə də davam edir. Dünya güclərinin XXI əsrin “tələbləri”nə uyğun olaraq həyata keçirdikləri müstəmləkəçilik siyasəti həmçinin milyonlarla insanın aclıq və yoxsulluqdan əziyyət çəkməsinə, öz ev-eşiklərindən didərgin düşməsinə gətirib çıxarır. Təəssüf doğuran əsas məqamlardan biri ondan ibarətdir ki, bütün bu mənfi tendensiya müsəlman aləmi, İslam dünyasını, ümumilikdə Afrika qitəsini əhatə edir.
2 yaşlı uşağı şikəst etdi, zibilxanaya atdı - Bu vəhşiliyə Tanrı dözər?
"Bu vəhşiliyi görəndə göz yaşlarımı saxlaya bilmədim. Hönkürüb ağladım, halbuki 22 ildən bəri bu hospitalda çalışıram, hər cür xəstə, yaralı görmüşəm".
Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxs tutulub
Azərbaycan qadınlarını Türkiyəyə aparaq cinsi istismara məruz qoyan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub. Faktla bağlı cinayət işi başlanıb. Apa.az
Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin verilməsini təmin edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən iş yerlərində sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində ötən il də müvafiq işlər görülüb.
Ədliyyə Nazirliyi Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətlərini araşdırır
Ötən il dekabrın 7-də Quba rayon Məhkəməsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir.
Türk parlamentarizm ənənəsi və TÜRKPA
Qədim zamanlardan bu günümüzədək cəmiyyət və dövlət həyatında baş verən ictimai-siyasi transformasiya hadisələri dövlət idarəçilik institutlarının fəaliyyətində dərin məzmun dəyişikliyinə, o cümlədən, siyasi idarəetmədə iştirakçılıq dairəsinin davamlı olaraq genişlənməsinə səbəb olmuşdur. Bu proseslərin gedişində parlamentarizm ənənələrinin yaranması dövlətin idarə olunmasında bütün maraqlı tərəflərin iştirakını stimullaşdırmışdır. Eyni zamanda, bu ənənə dialoq və əməkdaşlıq mühitində mövcud fikir ayrılıqlarının fəal müzakirəsinə imkan yaratmış, siyasi idarəetmədə güclər arasında balans formalaşdırmışdır. Beləliklə, ilkin parlamentarizm prinsipləri sonrakı yüzilliklər boyu özünün təkamül prosesində müxtəlif istiqamətli siyasi-ideoloji baxışların formalaşması üçün təməl rolu oynamışdır.
Türkiyədə, Rusiyanın Avropa hissəsində müşahidə olunan soyuq hava Azərbaycana gələcək
"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var". Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Məlumata görə, dövlət başçısı iclasda giriş nitqi söyləyib.
Məktəb psixoloqları üçün təlimlər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsinə start verilib. “OLAYLAR”-ın Təhsil İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, layihənin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək və ailə-məktəb əməkdaşlığını intensivləşdirməkdən ibarətdir.
Türkiyədə baş verən terror hadisələrinin fonunda bu ölkənin turizm imkanlarının sarsıdılması dayanır
“Son zamanlar Türkiyədə baş verən terror hadisələrinin fonunda bu ölkənin qazanc mənbəyi olan turizm imkanlarının sarsıdılması dayanır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib.
Cəmiyyət bu cür insanlara sevgi ilə yanaşmalıdı...
Ötən gün A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.














