Gündəm
"WhatsApp"da bir gündə 63 milyard mesaj yazıldı
Yeni il gecəsi "WhatsApp"da 63 milyard mesaj yazılaraq rekorda imza atılıb. "WhatsApp" "Facebook" tərəfindən 2014-ün oktyabrında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatıb. Tətbiq sürətli inkişafı nəticəsində "Facebook"a aid "Messenger"i də çoxdan geridə qoyub.
Ailə faciəsi: heç kim sağ qalmadı - VİDEO
Ötən gün Türkiyədə ailə faciəsi yaşanıb. Karamanın Ermenek mahalında ev yanıb. Yanğın nəticəsində ata və iki qızı yanaraq ölüb. Qonşuların dediyinə görə, ata yanan evdən qızlarını çıxarmaq üçün özünü oda atıb. Bu anda evin damı uçub. Damın altında qalan ata və iki qızı yanaraq ölüblər. Yanğının səbəbi barədə məlumat yoxdur.
Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edəcək
Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək. Məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Aynişan "O Səs Türkiyə"dəki azəri oyununu AŞKARA ÇIXARDI...
"Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımovanın qızı, ötən mövsüm "O Ses Türkiyə" yarışmasının iştirakçılarından biri olan Aynişan Quliyeva bu mahnı müsabiqəsindən bir neçə azərbaycanlı iştirakçının eyni anda uzaqlaşdırılmasına laqeyd qala bilməyib.
Sarkisyan baş nazirə arayış vermir
Ermənistanın hakim Respublika Partiyası baş nazir Karen Karapetyana son 5 ildə onun ölkə ərazisində yaşamasına dair arayışın təqdim olunması problemini həll edə bilmir.
ABŞ Rusiya İstintaq Komitəsinin rəhbərinə sanksiya tətbiq edib
ABŞ Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinın adını sanksiya siyahısına salıb.
Robert Sekuta geri çağırılacağı barədə yayılan məlumatlara münasibət bildirib
“Cənab Tramp məni burada saxlasa, mən qalacağam”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. “Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam”, - deyə o vurğulayıb.
Dağıstanda yol qəzasında beş nəfər ölüb
Dağıstanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Dərbənd rayonunda qeydə alınıb. Bu gün səhər saatlarında "VAZ-2110" və "VAZ-2114" avtomobillərin toqquşması nəticəsində 2-i uşaq olmaqla, 5 nəfər ölüb. İlkin versiyaya görə, avtomobillərdən biri yolun qarşı tərəfinə çıxıb. Bu barədə Apa.az “kavkazskiy uzel” portalına istinadən xəbər verir.
Uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılıb
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının səsi daha ucadan gəlməlidir
“Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərin olması Azərbaycan üçün böyük problemdir. Biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Lakin danışıqlar prosesinə cəlb olunmuş ölkələrin məqsədləri fərqlidir”.
Azərbaycanda son 15 ilin anomal havası müşahidə olunur
"Bu gün Azərbaycanda müşahidə olunan havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir". Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib ki, belə hava şəraitinin olması cənubdan hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.
Yadplanetlilər bizi hər gün belə izləyir – ŞOK VİDEO
Yadplentlilər UNO-larda Yer kürəsinin atmosferində gizlənərək insanları izləyirlər. Bu barədə Harvard Universitetinin məzunu, hazırda Funmdamental Tədqiqatlar İnstitutuna rəhbərlik edən fizik Rudjero Santilli deyib. Onun sözlərinə görə, atmosferdə gizlənən yadplanetlilər insanlar haqqında məlumatlar öyrənirlər: “Onlar bir növ casusluq edirlər”.
Zığda sürüşmə aktivləşib, Kürdəxanıda qrunt sularının səviyyəsi qalxıb
“Zığda lokal sahələrdə sürüşmə prosesi aktivləşib. Tikililərin divarlarında, torpaq qatındakı çatlarda genişlənmələr müşahidə olunur”.
Tələbələr üçün təlim keçiriləcək
Yanvarın 25-də “Excelsior Hotel & Spa Baku” otelində tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlim “AtaHolding” əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılacaq. Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat veriləcək. Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.
Şagird məktubları əsgərlərə çatdırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlərin əsgərlərə ünvanladıqları məktublar cəbhə bölgələrində xidmət edən əsgərlərə çatdırılıb.














