Gündəm

Ermənistandan növbəti iyrənclik

10 Yanvar 2017 11:36

Ermənistanda daha bir iyrəncliyə imza atılıb. “OLAYLAR”-ın Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəyə istinadən verdiyi xəbərə görə, paytaxt İrəvandakı məktəblərdən birinin giriş qapısına Azərbaycan bayrağı sərilib.

Ermənilər 40 dəfə atəşkəsi pozub

10 Yanvar 2017 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

Maşallah Əhmədova hökm oxunacaq vaxt MƏLUM OLDU

10 Yanvar 2017 11:31

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Ombudsman Aparatı: "Nuray Bayramzadə təhsildən yayınıb"

10 Yanvar 2017 11:25

"Quba Rayon məhkəməsində zorakılıq faktı ilə üzləşən 10 yaşlı Nuray Bayramzadə bu tədris ilində - sentyabrın 15-dən dekabrın 7-dək təhsildən yayınıb".

ABŞ açıqladı: 4 İran katerinə xəbərdarlıq atəşi açmışıq

10 Yanvar 2017 11:23

Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Mahan” gəmisinə sürətlə yaxınlaşan 4 İran katerinə xəbərdarlıq atəşi açmışıq. Bunu Pentaqon sözçüsü Ceff Deviz açıqlayıb. “İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid 4 ədəd sahil təhlükəsizlik kateri yüksək sürətlə ABŞ-ın “Mahan” gəmisinə yaxınlaşıb. Edilən xəbərdarlığa baxmayaraq, 80 metrə qədər yaxınlaşan katerlərə xəbərdarlıq atəşi açıldı. Bundan sonra katerlər uzaqlaşmağa başladı”, - sözçü vurğulayıb.

Hərbi icmalçı: “2017-ci il münaqişənin həlli ilə bağlı dönüş ili olacaq” 

10 Yanvar 2017 11:20

“Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti sərsəm açıqlaması özlərinə haqq qazandırmaq və dünya birliyində məsum görüntüsü yaratmaq məqsədi daşıyır”. Bunu  hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Elmi-Metodiki Mərkəz növbəti metodiki vəsaitlər tərtib etdi

10 Yanvar 2017 11:18

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsində növbəti mərhələdə səkkiz müxtəlif istiqamət üzrə (“Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili”, “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili”, “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”, “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları”, “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi”, “8-13 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi”, “Vokal ixtisasının tədrisinə dair metodiki tövsiyə”,  “5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisi”  ) metodiki vəsaitləri hazırlanıb.

“İctimai və humanitar fənlərin bütün universitetlərdə tədrisi zəruridir”

10 Yanvar 2017 11:14

Son zamanlarda bəzi yazılı materiallarda, polemika və kuluarlarda qeyri-humanitar yönümlü ali təhsil müəssisələrində ictimai və humanitar fənlərin tədrisinin məqsədyönlü olmaması barədə mövzular müzakirə olunur. Bir iqtisadçı alim, Azərbaycan Texniki Unuversitetinin kafedra müdiri kimi hesab edirəm ki, bu, çox zərərli tendensiya olub, mənəvi dəyərlərimizi deqradasiyaya apara bilər.

Deputat: “ABŞ-Rusiya münasibətləri iki yol ayrıcındadır”

10 Yanvar 2017 11:11

“Barak Obamanın prezidentliyi zamanı ABŞ və Rusiya arasında yaranmış gərgin münasibətlərin Donald Trampın dövründə müsbət məcrada inkişaf edə bilməsi Rusiyadan asılıdır”. Bunu millət vəkili Asim Mollazadə deyib.

“İcmaların görüşü ilə bağlı işlər davam etdirilir”

10 Yanvar 2017 11:09

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının görüşünün baş tutması ilə bağlı işlər davam etdirilir”. Bunu açıqlamasında “Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü, millət vəkili Rövşən Rzayev deyib.

Sevgilisi ona xəyanət edən aktrisanı bağışlamadı

9 Yanvar 2017 20:15

Aktrisa Birce Akalayla aktyor Sarp Levendoğlu cütlüyünün ayrılmasına səbəb olduğu söylənilən aktrisa Derya Şensoy sevgilisi tərəfindən tərk edilib.

İnteraktiv avtomobil salonlarının yaradılması üçün əlavə reallıq texnologiyası tətbiq ediləcək

9 Yanvar 2017 20:00

Yaponiyanın “Panasonic” şirkəti “CES 2017” sərgisində sürücüsüz avtomobillər üçün avtonom kabinə ko2000nseptini təqdim edib.

“Ağıllı” saat şəkər xəstələrinə kömək edəcək

9 Yanvar 2017 19:50

“PKvitality” şirkəti “CES Innovation Awards” sərgisinin stendlərində qeyri-adi olmaqla yanaşı, qanda qlükozanın, eləcə də süd turşusu və başqa mübadilə məhsulları daxil olmaqla digər karbohidrat mübadiləsi pozuntularının bioloji əlamətlərinin səviyyəsinin ölçülməsi kimi vacib funksiyanı yerinə yetirən “ağıllı” “K’Track Glucose” saat prototipini nümayiş etdirib. Saat 0,5 millimetr uzunluğunda mikroiynə vasitəsilə sutkada 30-dək ölçmə apararaq orqanizmin aktual göstəricilərini nümayiş etdirir. Bu, xüsusilə insulin terapiyasının başlanğıcında olmaqla 1-ci və 2-ci tip şəkərli diabet xəstələri üçün faydalı alətdir.

“Tanvas” texnologiyası sensor ekranda əşyaların teksturasını hiss etməyə imkan verir

9 Yanvar 2017 19:43

Sensor ekranlar mobil və məişət qurğuları ilə qarşılıqlı əlaqə üsulunu dəyişdirsə də,  uzun müddət bu sahədə heç bir inqilabi yenilik yox idi. "Tanvas" şirkətinin fikrincə, sensor ekranlarla qarşılıqlı əlaqə üzrə  inkişafın növbəti mərhələsi sensor səth üzərində təsvir edilmiş müxtəlif teksturaları taktil hissetmə imkanı olmalıdır.

Molekulyar skanerli ilk smartfon təqdim edilib

9 Yanvar 2017 19:38

Çinin ən böyük televizor istehsalçısı "Changhong" şirkəti Las-Veqasda keçirilən "CES" sərgisi çərçivəsində geniş tətbiqi potensiala malik dünyada ilk quraşdırılmış molekulyar sensorla təchiz edilən "Changhong H2" smartfonunu təqdim edib.