Deputat: “ABŞ-Rusiya münasibətləri iki yol ayrıcındadır”

“Barak Obamanın prezidentliyi zamanı ABŞ və Rusiya arasında yaranmış gərgin münasibətlərin Donald Trampın dövründə müsbət məcrada inkişaf edə bilməsi Rusiyadan asılıdır”. Bunu millət vəkili Asim Mollazadə deyib.

"Barak Obamanın prezidentliyi zamanı ABŞ və Rusiya arasında yaranmış gərgin münasibətlərin Donald Trampın dövründə müsbət məcrada inkişaf edə bilməsi Rusiyadan asılıdır". Bunu millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-Rusiya münasibətləri iki yol ayrıcındadır: "Amerikanın yeni prezidenti D.Trampın hakimiyyəti dövründə Rusiya öz siyasətində müvafiq dəyişikliklər edərsə, ABŞ-la münasibətlərində müəyyən müsbət tendensiyalar müşahidə oluna bilər. D.Trampın komandasında Amerikanın güclü qüvvə olmağı istiqamətində düşünən və çalışan şəxslər çoxdur. Məncə, Rusiya müvafiq addımlar atmasa, bu münasibətlərin müsbət inkişafı mümkün olmayacaq. O zaman ABŞ hansısa daha sərt siyasətə meyillənə və onu həyata keçirə bilər. Buna görə ABŞ-la münasibətlərinin müsbət inkişafı Rusiyanın davranışından asılı olacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31