Elmi-Metodiki Mərkəz növbəti metodiki vəsaitlər tərtib etdi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsində növbəti mərhələdə səkkiz müxtəlif istiqamət üzrə (“Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili”, “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili”, “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”, “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları”, “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi”, “8-13 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi”, “Vokal ixtisasının tədrisinə dair metodiki tövsiyə”,  “5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisi”  ) metodiki vəsaitləri hazırlanıb.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsində növbəti mərhələdə səkkiz müxtəlif istiqamət üzrə ("Kitabxanalarda istifadəçilər üçün "Yay məktəbinin" təşkili", "Muzeylərdə uşaq ekspozisiyalarının təşkili", "Muzey fondlarında əlyazmaların mühafizə qaydaları", "Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları", "Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi", "8-13 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi", "Vokal ixtisasının tədrisinə dair metodiki tövsiyə",  "5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisi"  ) metodiki vəsaitləri hazırlanıb.

Elnarə Hacıyevanın "Kitabxanalarda istifadəçilər üçün "Yay məktəbinin" təşkili" adlı metodiki tövsiyəsində gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, mədəni və intellektual səviyyəsinin formalaşmasında, hərtərəfli inkişafında kitabxanaların rolu, xüsusilə də yay tətillərində kitabxanalarda bu məqsədə xidmət edən tədbirlərin, həmçinin oxucuların cəlb edilməsi və daha səmərəli vaxt keçirməsi üçün işin təşkili haqqında məlumat və məsləhətlər verilir.

Müəllif  Aygün Balabəyovanın "Muzeylərdə uşaq ekspozisiyalarının təşkili" adlı metodiki tövsiyəsində uşaq ekspozisiyalarının xüsusiyyətləri, tematik ekspozisiya nümunələri haqqında məlumat verilmiş, uşaq ekspozisiyalarının qurulması üçün tətbiq olunan innovativ metodlar göstərilmiş, bu istiqamətdə lazımi tövsiyələr öz əksini tapıb.

Sevinc Qasımova dörd adda metodiki tövsiyə hazırlayıb. "Muzey fondlarında əlyazmaların mühafizə qaydaları"adlı metodiki tövsiyəsində əlyazmaların, tarixi-mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi üçün lazımı mühafizə rejimindən bəhs edilir. Muzeyin fond saxlanc yerlərində əşyaların qorunması işində işıq, bioloji, temperetur-rütübət rejimlərinə riayət etməsinin vacibliyindən danışılır.

S.Qasımovanın  hazırladığı  5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisindən bu yaş qrupunda olan uşaqlar üçün təşkil olunan  şənliklərdə istifadə edilə bilər.

Müəllif Məhbubə Əbilovanın "Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları" adlı metodiki tövsiyəsində ekspozisiyada bədii-tərtibat zamanı görüləcək işlər muzey foyesinin tərtibatı, açıq səma altında ekspozisiyanın yaradılması, ekspozisiyanin bədii-tərtibatı, sitatlar, izahlı mətnlər, etiketlər, ekspozisiyanın işıqlandırılması, rəng çalarlarının düzgün seçimi, yeni texnologiyaların tətbiq olunması haqqında məlumatlar verilir.

Leyla Rzayeva və İradə Xəlilovanın hazırladıqları vokal ixtisasının tədrisinə dair metodiki tövsiyədə  vokal incəsənətini sevən şagirdlərin hazırlığı, onların ifaçılıq ustalığının kamilləşdirilməsi kimi məsələlər qarşıya qoyulmuşdur. Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31