Tələbələr üçün təlim keçiriləcək

Yanvarın 25-də “Excelsior Hotel & Spa Baku” otelində tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlim “AtaHolding” əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılacaq. Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat veriləcək. Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.

Yanvarın 25-də "Excelsior Hotel & Spa Baku" otelində tələbələr üçün "Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma" mövzusunda təlim keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, təlim "AtaHolding" əməkdaşı Elməddin Hüseynov tərəfindən aparılacaq. Təlimdə fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat veriləcək. Təlim tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31