Dünya güclərinin müstəmləkəçilik siyasəti
Müasir dövrümüzdə dünya güclərinin yeni ərazilər zəbt etmək, bir sıra regionları nəzarətdə saxlamaq istək və arzuları ayrı-ayrı ölkələrlə minlərlə insanın həyatı bahasına başa gəlir. İraqdan tutmuş Liviyaya, Misirdən, Yəmən və Suriyaya qədər olan coğrafiyanı əhatə edən bu proses günümüzdə də davam edir. Dünya güclərinin XXI əsrin “tələbləri”nə uyğun olaraq həyata keçirdikləri müstəmləkəçilik siyasəti həmçinin milyonlarla insanın aclıq və yoxsulluqdan əziyyət çəkməsinə, öz ev-eşiklərindən didərgin düşməsinə gətirib çıxarır. Təəssüf doğuran əsas məqamlardan biri ondan ibarətdir ki, bütün bu mənfi tendensiya müsəlman aləmi, İslam dünyasını, ümumilikdə Afrika qitəsini əhatə edir.
10 Yanvar 2017 12:57 SosialZəngin qitəni yoxsullaşdırıb
Müasir dövrümüzdə dünya güclərinin yeni ərazilər zəbt etmək, bir sıra regionları nəzarətdə saxlamaq istək və arzuları ayrı-ayrı ölkələrlə minlərlə insanın həyatı bahasına başa gəlir. İraqdan tutmuş Liviyaya, Misirdən, Yəmən və Suriyaya qədər olan coğrafiyanı əhatə edən bu proses günümüzdə də davam edir. Dünya güclərinin XXI əsrin "tələbləri"nə uyğun olaraq həyata keçirdikləri müstəmləkəçilik siyasəti həmçinin milyonlarla insanın aclıq və yoxsulluqdan əziyyət çəkməsinə, öz ev-eşiklərindən didərgin düşməsinə gətirib çıxarır. Təəssüf doğuran əsas məqamlardan biri ondan ibarətdir ki, bütün bu mənfi tendensiya müsəlman aləmi, İslam dünyasını, ümumilikdə Afrika qitəsini əhatə edir.
Siyasi təhlilçi Aysel Vəlizadə də deyir ki, aclıq deyildikdə ilk olaraq ağlımıza Afrika qitəsində yaşayan insanlar gəlir. O, bildirib ki, Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir: "Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına görə, bu qitədə 40 milyona yaxın insan xroniki aclıq təhlükəsi ilə üz-üzədir. BMT hesabatlarında Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığı, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğu açıqlanır. Əhalinin 40 faizinin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var. Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var. Lakin qitə sahib olduğu faydalı qazıntılara və imkanlara görə dünyanın əz zəngin qitəsidir. Dünyadakı qaz ehtiyatlarının 8 faizinə malikdir. 45 ölkədə neft yataqları var". Aysel Vəlizadə deyir ki, dünyadakı kobaltın 57 faizi, almazın 47, manqanın 49, fosfatın 31, qızılın isə 21 faizi bu qitədə yerləşir: "Əkinçiliyə əlverişli əraziləri olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur. Sırf sahib olduğu bu zənginliklər qitənin inkişaf etmiş ölkələr tərəfindən istismar edilməsinə səbəb olmuşdur. Başda İngiltərə, Fransa olmaqla, Afrika ölkələri Avropaya "borc ödəyir". Təkcə İngiltərə banklarında Nigeriyadan alınan 50 milyard dollar məbləğində pul var. Fransa isə köhnə müstəmləkəsi olan 14 Afrika ölkəsindən ildə 500 milyard dollar "koloniya" vergisi alır. Məqsədyönlü şəkildə vətəndaş müharibələri, qəbilə münaqişələri yaradılır. Terror qruplaşmalarının həyata keçirdiyi terrorlar siyasi və sosial sabitliyə mane olur. Qitə silah sənayesi üçün də çox əlverişlidir. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, üsyançı qruplar vasitəsilə müharibələr sakitləşmək bilmir. Afrikaya silah satışından ən böyük gəliri Birləşmiş Ştatlar, Çin, İngiltərə, Rusiya, Fransa,
Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir. Qəribə olan isə budur ki, dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə də (Birləşmiş Ştatlar, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır. Qitəyə edilən yardımlar daha çox göstəriş üçün edilir və çox vaxt da insan sağlamlığına zıyanlı qidalar olur, genetikası dəyişilmiş qidalar afrikalılar üzərində sınaqdan keçirilir. Vəziyyət budur, "mədəni" ölkələr tərəfindən yeraltı və yerüstü sərvətləri talan edilən, insanları aclıqdan, yoluxucu xəstəliklərdən, süni şəkildə yaradılan müharibələrdə ölən, dünyanın ən zəngin qitəsi. Digər tərəfdən isə dünya miqyasında tonlarla qida israf edilir. İstehsal edilən qidanın üçdə biri istehlak edilmədən atılır".
Süleyman Yoxsulluq və aclıq probleminin həlli üçün görülən tədbirlər isə nəticəsiz qalır. Bunun səbəbi isə gözəl əxlaqın, yəni Quran əxlaqının yaşanmadığı üçün ədalətsiz rejimin, hər kəsin öz mənfəətini güddüyü, zəiflərin əzildiyi mühitin yaranmasındadır. O yerdə ki hər kəs ancaq öz mənfəətini düşünür, orada sıxıntılar bitməz. Bunun əksi olanda isə, yəni gözəl əxlaq hakim olarsa, o zaman insanlarda yardımlaşmaq, başqasının haqqına girməmək, ölçüdə və çəkidə aldatmamaq, hər kəsin haqqını özünə vermək, israf etməmək və s. kimi xususiyyətlər yaranar. Bu cür cəmiyyətdə isə yoxsulluq azalar, bərəkət olar, zənginlik artar.