Gündəm
“SƏS” QƏZETİ - 26 İL AZƏRBAYCAN UĞRUNDA! ŞƏRH
2016-cı il yanvarın 11-i Azərbaycan mətbuat tarixində növbəti əlamətdar hadisə ilə yadda qaldı. Bu möhtəşəm tarix "SƏS" qəzetinin ilk sayının çapdan çıxmasından nə az, nə də çox düz 26 ilinin tamam olması ilə bağlıdır. Belə ki, bu tarixdən keçən 25 ildə Azərbaycan mətbuatı ilə birgə "SƏS" qəzeti kifayət qədər şərəfli bir yol, əqidə məktəbi qət edib. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Heydər Əliyev ideallarının yaşadılmasına çalışıb. Əlbəttə ki, belə bir şərəfli, əqidəli yolu keçmək heç də hər bir mətbuata nəsib olmur.
Tahir Mirkişili: " SƏS" qəzeti 26 il ərzində böyük və mübarizə ilə dolu yaradıcı bir yol keçib"
""SƏS" qəzeti 26 il ərzində böyük və mübarizə ilə dolu yaradıcı bir yol keçib. Azərbaycanın bütün keşməkeşli və inkişaf mərhələlərinin şahidi olan və bu mərhələləri peşəkarcasına öz səhifələrində işıqlandıran “SƏS” qəzeti ölkəmizdə informasiya bolluğunun və azadlığının yaranmasına mühüm rol oynayıb".
Aydın Quliyev: “2016-cı il Azərbaycan üçün əlamətdar il olub”
“Ümumiyyətlə, 2016-cı il konkret hadisələr baxımından Azərbaycan üçün əlamətdar il olub”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"SƏS"-26 – mübarizlik və əqidəli şərəf yolu davam edir!
- Əlbəttə ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə qəzetin dərcinə başlanılıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Həmin dövrdə Yeni Azərbaycan Partiyası (YAP) da yaranmamışdı.
"Səs" qəzetinin mediada YERİ VƏ ROLU
Yanvarın 11-də Azərbaycan mətbuatının ilk qaranquşlarından biri olan “Səs” qəzeti 26 yaşını qeyd edəcək. Mediada öz dəsti-xətti ilə seçilən “Səs” qəzeti bir çox qəzetlərə məktəb rolunu oynamaqla yanaşı, milli mətbuatın inkişafına öz töhfələrini verib. “Səs” qəzetinin mətbuatda yeri və rolu haqqında fikirlərini bildirən media nümayəndələri qəzetin müstəqillik ideyalarının yayılmasında, Azərbaycan dövlətçiliyinin yaranmasında mühüm rola malik olduqlarını bildiriblər.
Millət vəkili: “Səs” qəzeti tarixi missiyanı həyata keçirib"
“Bu gün Azərbaycanda söz və mətbuat azadlığının bütün səviyyələrdə müdafiə və təmin edilməsi heç kəsə sirr deyil. Elə bunun nəticəsidir ki, ölkəmizdə çoxlu sayda gündəlik, həftəlik və aylıq qəzetlər, saytlar, xəbər portalları, televiziyalar fəaliyyət göstərir. Hətta, internetdən istifadə edənlərin sayının 75 faizdən artıq olması, sosial şəbəkələrə girişin məhdudiyyətsizliyi cəmiyyətimizdə ifadə və fikir azadlığına olan hörmətin, münasibətin göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Elçin Mirzəbəyli: "Dövlət maraqlarımızın qorunması istiqamətində "SƏS"qəzetinin xidmətləri əvəzsizdir"
"Səs" Azərbaycanın mətbuat tarixində öz yeri, öz çəkisi olan bir qəzetdir. Azərbaycançılıq ideyasının, istiqlal məfkurəmizin təbliğində, milli və dövlət maraqlarımızın qorunması istiqamətində yürüdülən siyasətin dəstəklənməsində "Səs"in xidmətləri əvəzsizdir". Bu fikirləri BAXCP sədrinin müavini, "Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli bildirib.
Elçin Hüseynbəylinin polkovnik qardaşı vəfat etdi
Tanınmış yazıçı Elçin Hüseynbəylinin qardaşı, polis polkovniki Fəxrəddin Hüseynov vəfat edib. O, bu gün səhər insult keçirib. Allah rəhmət eləsin!
Ancelina Coli və Bred Pitdən gözlənilən xəbər
10 il birgə yaşadıqdan sonra boşanmağa qərar verən Ancelina Coli və Bred Pitt, nəhayət ki, ortaq məxrəcə gəliblər. Boşanacaqlarını elan etdikləri sentyabrdan bu günə kimi ilk dəfə birgə açıqlama verən cütlük boşanma mövzusunda razılaşdıqlarını bildiriblər.
2300 müəllim diaqnostik qiymətləndirmədən keçir
Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur. Qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edir. Eyni zamanda bu qiymətləndirməyə Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri də qatılıb. Diaqnostik qiymətləndirmə yanvarın 11-də də davam edəcək.
Azərbaycan iqtidarı cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür
“Hazırda sabitlik və təhlükəsizlik kimi məsələlər qlobal miqyasda böyük aktuallıq daşıyır. Bu da təsadüfi deyil. Çünki son illərdə ayrı-ayrı ölkələr məhz daxili sabitliyin pozulmasının çox ciddi fəsadları ilə üzləşib”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət əkili Eldar İbrahimov səsləndirib.
11 yanvarda gözlənilən hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında yanvarın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Onu efirə çağırmayın - MİLLƏT VƏKİLİ
“Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb, indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez “Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz.Axı siz bu sahədən gəlibsiniz” -, deyirlər”.
Elçin Hüseynbəyli yazır... Dostumun itməkliyi...
90-cı illərin əvvəlləriydi. Hamının alverə qurşanan vaxtıydı. Sovetlər dağılmışdı, qapazlayan qapazlayırdı. Kimdən soruşurdun, deyirdi ki, bizneslə məşğulam. “Palaza bürün, elnən sürün” kəlməsini əlimdə şüar eləyib, mən də qoşuldum onlara. Əslində bu, arvadın ideyasıydı. Hər gün deyirdi ki, bəs filankəsin arvadı pula pul demir, bazar-dükan qalmır ki, başını soxmasın, hamısı da biznesdəndir. Əri Polşadan vurub Dubaydan çıxır, Türkiyənin bütün küçə-bacasını tanıyır.
Azərbaycanda vətəndaşların sosial müdafiəsinə xüsusi diqqət yetirilir
Dünyada baş verən maliyyə böhranına baxmayaraq Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf əhalinin sosial rifahına da müsbət təsir etməkdədir. Üstəlik cari ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin təminatına hesablanmış bir sıra yeniliklər nəzərdə tutulur.














