Gündəm
İlham Əliyev: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"
“Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Paytaxtda 5 dilənçi saxlanıb
Paytaxt Bakıda dilənçiliklə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olduqları üçün 5 nəfər saxlanıb. Saxlanılan şəxslər barəsində protokol tərtib edilib.
Saatlı və Qəbələ sakinlərində odlu silah aşkar edilib
Saatlı sakinindən odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Soltanabad kənd sakini Bəhruz Həsənovdan müvafiq sənədləri olmayan "İJ-17" markalı tüfəng götürülüb. Həmçinin Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Yalçın Mürşüdovdan və Hüseyn Əkbərovdan müvafiq sənədləri olmayan 2 ədəd "Tula" markalı tüfəng götürülüb.
"Ronaldu 100 milyon avronu xərcləməyə yer tapmaz"
"Bayer Munix"in yarımmüdafiəçisi Coşua Kimmix 2016-cı ilin ən yaxşı futbolçusu Ronalduya Çin klubuna keçməməyi məsləhət görüb.
Evlilik sözünü tutmadı - ürəyindən bıçaqlandı
Ötən il Türkiyədə baş verən cinayət hadisəsi ilə əlaqədar tutulan 44 yaşlı Zahide Oçkenin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur.
Avtomobil qaçıran şəxs saxlanıb
Quba şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 9-da Quba şəhəri ərazisindən şəhər sakini Murad Mürsəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu müzakirə edilib
Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Səbail rayonu İçərişəhər “Cümə” məscidində keçirilmiş tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və baş məsləhətçisi Samir Yoldaşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
İxracın təşviqi və dəstəklənməsi üzrə tədbirlər həyata keçiriləcək
“Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılmasının strateji hədəflərdən biri kimi müəyyənləşdirilməsi böyük aktuallıq daşıyır. Qarşıya qoyulan hədəf çərçivəsində daxili bazar infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra prioritetlər müəyyənləşdirilib”.
Azərbaycan prezidenti: “Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhrandan çıxış yolu tapılıb”
“2016-cı ildə təhlükələr artıb, qanlı müharibələr davam edib, hətta yeni münaqişə ocaqları yaranıb”.
Natiq Kərimovun məhkəməsində hakim özünə etiraz edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib
“2016-cı il tarixdə dərin islahatlar ili kimi qalıb, iqtisadi böhran vəziyyətindən çıxış yolu tapılıb”. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib. Apa.az
Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası bu il yekunlaşacaq
“Biz 2017-ci ildə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını davam etdirəcəyik və ümid edirəm ki, yekunlaşdıracağıq”. Bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyasına dair hökumətlərarası komissiyanın həmsədri David Calaqaniya deyib. “Bizim məqsədimiz odur ki, sərhədlərimizin qalan hissəsini uğurla delimitasiya edərək, yekunlaşdıraq. Mən buna çox ümid edirəm”, - deyə o, söyləyib.
Ölkə üzrə 88 min 596 ton pambıq yığılıb
Yanvarın 9-dək ölkə üzrə pambıq tədarükü 88 min 596,9 ton təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur (35 min 192 ton). “Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə pambıq tədarükünə görə Biləsuvar rayonu birinci yerdədir. Rayonun fermerləri tarlalardan 11966,7 ton “ağ qızıl” yığıblar. Saatlıda 11924,5 ton, İmişlidə 10096,9 ton, Ağcabədidə 8704,4 ton, Beyləqanda 7810 ton pambıq tədarük olunub. Komitənin məlumatına görə, ölkə üzrə cari ildə 52057,7 hektar ərazidə çiyid səpini həyata keçirilib. Bu isə ötən ilə nisbətən 2,8 dəfə çoxdur (2015-ci ildə 18684 hektar). 2016-cı ildə ən çox pambıq Saatlıda əkilib (8109 hektar). Sonrakı yerlərdə Sabirabad (6113 hektar), Biləsuvar (6040 hektar), İmişli (5051 hektar) və Beyləqan rayonları (3958 hektar) gəlir.
Artıq Ermənistan cəmiyyəti də anlayır ki…
“Rəsmi İrəvanın əsgərimizin meyidini qaytarmamasının səbəbi odur ki, guya bu yolla Azərbaycanın Ermənistanla güc dilində danışmasını əngəlləmək istəyirlər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu çıxış edib: “ Yəni demək istəyirlər ki, növbəti dəfə də hücum etsək şəhid olan başqa hərbçimizin də meyidini qaytarmayacaqlar. Bu yolla bizi hücumlardan çəkindirmək istəyirlər. Faydasız siyasətdir. Milli qəhrəmanımız Mübariz İbrahomovun da cəsədini tanınmaz hala gətirdilər və uzun müddət qaytarmadılar.
Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın açıqlamasının səs yazısı yayılıb
Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın açıqlaması ciddi rezonansa səbəb olub. Daha çox rezonansa səbəb olansa onun Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bəyan etməsidir. Bəzi dairələr və mətbuat orqanları A. Avanesyanın belə ifadə işlətmədiyini, fikirlərinin təhrif olunduğunu iddia edir. Halbuki A. Avanesyan müsahibəsində hər zaman ərazi bütövlüyünün, o cümlədən Azərbaycanın ərazi bütövlyünün tərəfdarı olduğunu açıq şəkildə bildirib.














