Avtomobil qaçıran şəxs saxlanıb
Quba şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 9-da Quba şəhəri ərazisindən şəhər sakini Murad Mürsəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
10 Yanvar 2017 14:25 KriminalQuba şəhəri ərazisindən "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 9-da Quba şəhəri ərazisindən şəhər sakini Murad Mürsəliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün Qam-Qam kəndi ərazisində tapılıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Nuradov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 1-də həmyerlisi Toğrul İbrahimovla birgə rayon ərazisində daha 2 avtomobili qaçırması da müəyyən edilib.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.İbrahimov da tutulub.