Gündəm

Azərbaycanda yetkinlik yaşına çatmayanların məcburi əməyə cəlb edilməsi aşkarlanıb

10 Yanvar 2017 15:28

2016-cı ildə 2 işə götürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi faktı aşkar edilib. Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev bildirib. Onun sözlərinə görə, hər iki qanun pozuntusu ilə bağlı işə götürənlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2000 manat məbləğində inzibati cərimə tətbiq olunub. 

Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəymədi

10 Yanvar 2017 15:27

“Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) ölkə başçısının bütün tapşırıqlarını yerinə yetirib”.  Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.  “Beynəlxalq koalisiyanın dəstəyinə ehtiyacımız olsa da, onların bizə xeyri dəyməyib. Biz bu dəstəyi görmədik, ona görə də vəziyyət bütün qüvvələrimizi və imkanlarımızı səfərbər etməyə tələb etdi. Nəticədə Suriyaya aviadaşıyıcı qruplaşmasını, HKQ-nin əlavə qüvvələrini, eləcə də hərbi polisi cəlb etməli olduq”, - deyə o vurğulayıb.

AŞPA həmməruzəçiləri yanvarın 12-də Azərbaycana səfər edəcəklər

10 Yanvar 2017 15:24

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-nə kimi Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.

Suriya səmasında Rusiya-ABŞ intriqası Amerikalılar kənara çəkilir

10 Yanvar 2017 15:23

“Rusiyaya məxsus Hərbi Kosmik Qüvvələrin təyyarələri Suriya səmasında ABŞ təyyarələrinə təhlükəli dərəcədə yaxınlaşırlar”. 

Prezident: "Makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir"

10 Yanvar 2017 15:19

"2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir". Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Fikir və söz azadlığı Azərbaycanda demokratiyanın vacib elementi kimi qəbul edilir

10 Yanvar 2017 15:16

Müstəqillik əldə etdiyi gündən inkişaf və demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın fikir, söz və məlumat azadlığının istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır.

Ölkəmizə olan beynəlxalq maraq artır

10 Yanvar 2017 15:13

Pakistan mətbuatnın yazdığına görə, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. Bundan başqa Tacikistan və İndoneziya da eyni qərar veriblər və bununla qurumun üzvlərinin sayı 42-yə çatıb. Azərbaycan mətbuatı Pakistan mətbuatına istinadən bu xəbəri yaydıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev rəsmi Bakının İslam Hərbi Alyansına üzvlüklə bağlı qərar vermədiyini bildirdi.

İnsanlara təsir vasitəsi kimi insan taleləri və ailədaxili münasibətlər gündəmə gətirilir

10 Yanvar 2017 15:12

Müasir dövrdə texnikanın sürətlə inkişafı elektronik cihazları həyatımızın bir hissəsinə çevirib. Nəticə olaraq kütləvi informasiya vasitələrinin artması ilə həddindən çox informasiyaya məruz qalırıq. Bunun içində isə bizə lazım olacaqlar çox az hissə təşkil edir. Xüsusilə son vaxtlar kütləvi informasiya vasitələri, əsas etibarilə də televiziyalarla ailədaxili problemlərə həsr edilmiş verilişlərin sayının artması ümumilikdə cəmiyyətə öz mənfi təsirini göstərir. Az qala hər bir televiziya kanalında rast gəldiyimiz bu kimi verilişlər gələcəkdə sağlam nəslin formalaşmasına da neqativ təsir göstərir.

Yoxlayıcı orqan sahibkara vurduğu zərərə görə hansı məsuliyyəti daşıyır? 

10 Yanvar 2017 15:04

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilir. Paralel olaraq yeni qanunun qəbulu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirilir.

Dövlət başçısı: "Qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq"

10 Yanvar 2017 15:00

"Ölkədə inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib". Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında deyib. Dövlət başçısı bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib.

Xəzərdə zəlzələ olub

10 Yanvar 2017 14:57

Xəzər dənizində zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 13.31-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Maqnitudası 3,4, dərinliyi 60 kmzəlzələ hiss olunmayıb. Apa.az

2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb

10 Yanvar 2017 14:56

“ASAN Viza”nın tətbiqi ölkəmizə turist axınını daha da sürətlənməsinə geniş imkanlar açıb”. 

İlham Əliyev: “Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib”

10 Yanvar 2017 14:54

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb. 

Azərbaycan prezidenti: “Aprel döyüşlərində Ermənistan tərəfindən yaradılmış mif tam darmadağın edildi”

10 Yanvar 2017 14:50

“Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident: “Ötən il əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna nail olundu”

10 Yanvar 2017 14:47

“2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq”. Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O bildirib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub: “Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq”.