Gündəm

Acundan “O Ses Türkiye”dən qovulan azərbaycanlılar haqda AÇIQLAMA

10 Yanvar 2017 16:19

Azərbaycanlı iştirakçıların "O Səs Türkiyə”dən uzaqlaşdırılması mediyada səs-küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsədov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır.

Mühacirlərin Avropada ölüm-dirim mübarizəsi

10 Yanvar 2017 16:15

Serbiyanın paytaxtı Belqradda Avropanın müxtəlif ölkələrinə keçmək üçün icazə verilməsini gözləyən mühacirlər soyuq hava şəraitində yaşamaq uğrunda mübarizə aparırlar.

ANS-in jurnalistləri başqa telekanala keçdilər

10 Yanvar 2017 16:13

Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri "İnterAz" internet televiziyasına keçiblər. Artıq ANS TV-nin keçmiş əməkdaşları - Vüsal Süleyman, Kəmalə Əliisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri "İnterAz" TV-də işə başlayıblar.

Hafsa Mansur Hassan:  “Azərbaycanın dostu olmaq məsuliyyətli və şərəfli işdir”

10 Yanvar 2017 16:07

Prezident İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili”elan edilən 2016-cı il təqvim tarixi olaraq başa çatdı. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, 2016-cı il təqvim ili kimi yekunlaşsa da, dövlətimizin aparısı siyasi xətlərindən olan və xalqımızın canında –qanında mövcud olan multikulturalizm enerjisi sayəsində gerçəkləşdiriləcək nailiyyətlər, həyata keçiriləcək layihələr hələ uzun  illər davam edəcək.

Binəqədidə çoxmərtəbəli binanın yanması ilə bağlı məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər

10 Yanvar 2017 16:04

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"O Ses Türkiyə"də bir ilk: Hülya Avşar iştirakçının onu seçməsi üçün... - VİDEO

10 Yanvar 2017 16:02

TV8-də ekranlara gələn "O Ses Türkiyə"də Sibel Canın yerinə müvəqqəti olaraq münsif kürsüsünə əyləşən Hülya Avşar iştirakçını razı etmək üçün çox maraqlı bir üsula əl atıb.

Keçmiş məhkumdan silah və narkotik götürülüb

10 Yanvar 2017 15:59

Bakı sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Qurbanovdan 0,373 qram heroin və nömrəsi silinmiş "Naqan" markalı tapança götürülüb.

Qadının pulunu oğurlayan yaxalanıb

10 Yanvar 2017 15:58

Bakıda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də metronun "İnşaatçılar" stansiyasının platformasında Bakı şəhər sakini Şəlalə Quliyevanın çantasından 127 manatı və sənədi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kamran Mərdanov tutulub.

İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir

10 Yanvar 2017 15:55

Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşıb. Bu məqsədlə dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaradıb. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılıb. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılıb.

Bakıda evli qadını qətlə yetirən şəxsə HÖKM OXUNDU

10 Yanvar 2017 15:49

Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı qadını qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Türkiyədə məscidin talvarı çökdü: yaralılar var - FOTO

10 Yanvar 2017 15:46

Uçqun altında qalan insanların olduğu deyilir. Hadisə yerinə çoxlu sayda təcili yardım brqadaları cəlb edilib.  İstanbulda başda şəhid cənazələri olmaqla, xeyli sayda cənazə namazının qılındığı Ataköy 5. Kısım Məscidi, Türkiyənin ən böyük talvar sisteminə sahib idi. Çökən talvarın vətəndaşların qarlı və yağışlı havada çətinlik çəkməmələri üçün hazırlandığı deyilir. Milli.az

Oğlan telefonla oynamağa icazə verməyən anasını təpiklədi - VİDEO

10 Yanvar 2017 15:41

Çində ana smartfonda oyun oynamaq üçün telefonu oğluna vermədiyinə görə hücuma məruz qalıb. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda ananı övladdan qoruyan nənə də əks olunub. Məlumata əsasən, video Quançjoudakı xəstəxanada çəkilib. Bu barədə Milli.az interaz-a istinadən xəbər verir.

Çempionatdan 1,22 milyard avro qazanc götürdülər

10 Yanvar 2017 15:38

AÇ-2016-ya ev sahibliyi etmiş Fransanın turnirdən qazancı açıqlanıb. Fransızlar ötən il keçirilmiş qitə birinciliyindən 1,22 milyard avro gəlir əldə ediblər.  

Sərxoş nənə diskotekaya qaçdı - Yıxılıb onurğa sütununu sındırdı

10 Yanvar 2017 15:36

Nəvəsinin ad günü mərasimində sərxoş olan nənə bütün "maneələri" aşaraq diskotekaya qaçıb. Rusiyada hüquq-mühafizə orqanlarındakı mənbənin mətbuata sızdırdığı məlumata görə, ad günü mərasimindən sonra diskotekaya getmək istəyən qadın və onun qızı 49 yaşlı nənəni evdə qoyaraq, qapını qıfıllayıblar. Buna səbəb sərxoş nənənin diskotekaya getməsindən ehtiyatlanmaları olub. Lakin əyləncə həvəskarı qadını belə bir maneə dayandırmayıb.

Azərbaycan prezidenti Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyində olub

10 Yanvar 2017 15:31

Prezident İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub. Məlumata görə, dövlət başçısı İranın keçmiş prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Apa.az