Gündəm

Gənc Əkinçi Akademiyası başlayır

10 Yanvar 2017 16:57

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İRƏLİ” İctimai Birliyitərəfindən “Gənc Əkinçi” Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir. İctimai Birliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraq Quba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq.

CNN-nin məşhur aparıcısı Qlobal Bakı Forumunda iştirak edəcək

10 Yanvar 2017 16:57

Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçiriləcəkV Qlobal Bakı Forumunda iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib. Görüşdə həmçinin, NGBM-nin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, Farid Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. Farid Zakariya eyni zamanda Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya eyni zamanda dünyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Mübariz Qurbanlı Rumıniya səfirini qəbul edib

10 Yanvar 2017 16:55

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Rumıniyanın ölkəmizdəki səfiri Dan İankunu qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Mübariz Qurbanlı iki ölkə arasında tarixi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi mədəniyyət abidələrinin, məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun inşası Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.

Azərbaycanlı "qanuni oğrular" Rusiyada birləşdi

10 Yanvar 2017 16:53

Moskvada azərbaycanlı kriminal qruplaşmanın vahid və mütəşəkkil klanı əmələ gəlib.  Bu barədə "Prestupnaya Rossiya"nın hazırladığı məqalədə deyilir.

Həmyerlilərimizin “O səs”də başına gətirilən ŞOK OYUNLAR: "Bizə hədə-qorxu gəldilər və Acun...”

10 Yanvar 2017 16:51

Müsabiqənin birinci mərhələsində uğurla çıxış edən, ikinci mərhələsinə isə buraxılmayan Gülşən İbadova ilə əlaqə saxlayıb onun fikirlərini öyrəndik. Elmira Quliyevanın son tələbəsi olan Gülşən İbadova bildirib ki, yarışmada azərbaycanlılara qarşı açıq-aşkar oyun qurulub.

Blogger Mehman Hüseynov 200 manat cərimələnib - YENİLƏNİB

10 Yanvar 2017 16:48

Blogger Mehman Hüseynov sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsində blogger Mehman Hüseynovun işi üzrə məhkəmə keçirilib. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M. Hüseynov 200 manat məbləğində cərimələnərək, sərbəst buraxılıb. Vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.

Türkiyədə Polis İdarəsinin qarşısında atışma

10 Yanvar 2017 16:44

Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinin qarşısında atışma olub. Şəhərin İncilipınar məhəlləsində yerləşən İdarənin önündə yerli vaxtla saat 15:15-də atəş səsləri eşidilib. Təxminən 10 dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub. Poli İdarəsinin qarşısında bir terrorçunun yerdə hərəkətsiz vəziyyətdə qaldığı bildirilir. Daha bir iddiaya görə, içəri daxil olmağa çalışan bir terrorçu öldürülüb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə Trend "Habertürk" qəzetinə istinadən xəbər verir.

Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edilib

10 Yanvar 2017 16:41

Türkiyə paytaxtı da daxil olmaqla Ankara əyalətində terror təhlükəsinə görə 30 gün müddətinə kütləvi aksiyaların keçirilməsi qadağan edilib. Bununla bağlı qərarı Ankara valiliyi qəbul edib. 

Azərbaycana gələn İsrail vətəndaşlarının NƏZƏRİNƏ

10 Yanvar 2017 16:39

İsrail Azərbaycana səfər etmək istəyən ölkə vətəndaşları üçün viza rejimində dəyişiklik edib. Viza əvvəlki kimi Heydər Əliyev adına hava limanında deyil, sırf evisa.gov.az saytı vasitəsilə veriləcək. Azərbaycana viza almaq istəyən İsrail vətəndaşı həmin saytda göstərilən təlimatlara əməl etməlidir. Bu barədə  Modern.az İsrail KİV-nə istinadən xəbər verir.

Niqab istehsalı və satışı qadağan edildi

10 Yanvar 2017 16:36

Mərakeşdə niqab istehsalı və satışı qadağan edilib. Məlumata görə, Mərakeş Daxili İşləri Nazirliyi ölkənin bəzi şəhərlərində niqab istehsalı və satışını qadağan edib. Qadağa 48 saat ərzində tətbiq ediləcək. Bu qərara əməl etməyənlərin istehsal etdikləri və satdıqları mallar müsadirə olunacaq. Trend.az

İstanbul məktəbləri sabah da bağlı olacaq

10 Yanvar 2017 16:34

Türkiyənin İstanbul şəhərindəki təhsil müəssisələrində tətil sabah da davam edəcək. Məlumata görə, İstanbul valisi Vasip Şahin qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq şəhərdəki bütün təhsil müəssisələrinin sabah da bağlı olacağını bildirib.

Tərkibini bilmədən yediyimiz 5 QİDA: Ölümə aparan SƏBƏB

10 Yanvar 2017 16:32

Hər gün yediyimiz qidaların tərkibinə yalnız məhsulun üzərində yazıldığı maddələr qatılmır. O məhsullara bu qidanın tərkibində yer aldığı əks etdirilən maddələrdən başqa qatqılar da vurulur. Yəni siz cips yeyərkən əslində saf kartof və duz qəbul etdiyinizi düşünürsüzsə, yanılırsız. Çünki bazardakı bir çox yemək və içkilərə qoruyucu, dadlandırıcı, rəng verici kimi köməkçi vasitələr qatılır. Lakin bunların bir çoxu həmin məhsulların üzərində qeyd edilmir. Ona görə də əslində nə yediyimizi ya bilmir, ya da aldadılırıq.

69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

10 Yanvar 2017 16:31

İyirmi iki qadın öldürdüyünə görə həbs edilən qatil inanılmaz etiraflar edib. İrkutskda həbs edilərək ömürlük cəza alan eks-polis Mixail Popkov daha 47 qadını qətlə yetirdiyini deyib. Onun bu etirafından sonra istintaq əməkdaşları sözügedən mərhumların məzarlarını açmalı, meyitlərin ekskumasiyasını, məhkəmə-tibbi və digər ekspertlərini təyin etməli olublar.

Ədliyyə Nazirliyinin əməkdaşları Qubada icra məmurlarından izahat alıb

10 Yanvar 2017 16:29

Ədliyyə Nazirliyinin əməkdaşları Quba rayonunda 10 yaşlı Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi prosesində iştirak edən rayon icra şöbəsinin icra məmurlarından izahat alıb.

Amerika məhv olacaq - GEOLOQLARDAN PROQNOZ

10 Yanvar 2017 16:27

“Yellowstone” yanardağı ABŞ-ın yarısını məhv edə bilər. Publika.az xəbər verir ki, geoloqlar yanardağın partlamaq vəziyyətində gəldiyini deyir. Hazırda yanardağın ətrafında Milli Park salınıb və turistlər üçün bura ən maraqlı gəzinti yerlərindən biridir. Lakin geoloqların proqnozuna görə, yanardağ partlayarsa, ABŞ-ın yarısı məhv olacaq.