Gənc Əkinçi Akademiyası başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İRƏLİ” İctimai Birliyitərəfindən “Gənc Əkinçi” Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir. İctimai Birliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraq Quba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İRƏLİ" İctimai Birliyitərəfindən "Gənc Əkinçi" Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir. İctimai Birliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraq Quba rayonunda reallaşdırılacaq "Gənc Əkinçi-2" gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi" qəzetininyaşadılması və gənclər arasında təbliğidir. "Gənc Əkinçi" 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxdı və bu Milli mətbuat günümüzdə reallaşdı. Layihənin davamı olaraq həyata keçiriləcək olan akademiyada formalaşan yeni gənc jurnalistlər komandası tərəfindən"Gənc Əkinçi" qəzetinin növbəti nəşrlərinin çap olunmasını hədəfləyib. Gənclərin köşə yazıları, Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumatların, eynisi ilə gənclərin maraq dairələrinə uyğun yeni bir qəzetin yaradılması layihənin davamlı olaraq oxuculara yeni informasiyaların verilməsini təmin edəcək. Yanvar ayında keçirilməsi nəzərədə tutulan layihə çərçivəsində "Gənc Əkinçi" qəzetinin növbəti sayının hazırlanması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31