Gündəm
Terrorçu PKK-nın Suriyadakı qolunun dəstəbaşçısı: “ABŞ-dan hərbi dəstək alırıq”
Terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin dəstə başçılarından biri Salih Müslim ABŞ-dan dəstək aldıqlarını bildirib.
Rusiyanın Anqarsk şəhərindən olan manyak daha 59 cinayət törətdiyini etiraf edib
Rusiyanın Anqarsk şəhərindən olan manyak qatil daha 59 cinayət törətdiyini etiraf edib. Bu barədə Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.
Parlament nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasiminə qatılacaq
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə bu gün İranın paytaxtı Tehran şəhərinə səfərə gedəcəklər. Parlamentdən verilən məlumata görə, nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.
Prezident 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, Nazirlər Kabinetinə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Avtobusda təcavüz olunan azərbaycanlı qadınla bağlı məsələ TBMM-də müzakirə olundu
CHP-dən olan millət vəkili Şenal Sarıhan Ankaranın Etimesgut vilayətində avtobus sürücüsü tərəfindən təcavüzə məruz qalan Azərbaycan əsilli Türkiyə vətəndaşı olan qadınla bağlı olayı Türkiyə Böyük Millət Məclisinin gündəminə gətirib.
Qazpulunun yeni tariflərlə hesablanma qaydası açıqlanıb
2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 28 noyabr 2016-cı il tarixli 18 nömrəli qərarın icrası məqsədilə əhali istehlakçıları üzrə quraşdırılmış mexaniki məişət qaz sayğaclarının göstəriciləri 2016-cı ilin dekabrın sonu tam oxunaraq AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) abonent bazasına daxil edilib. 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinə görə hər bir kubmetr üçün 10 qəpik ödəniş edəcək. İl ərzində 1700 kubmetrdən artıq istehlak olunan hər kubmetr təbii qazın dəyəri 20 qəpikdən hesablanacaq.
Əli İnsanovun həbs müddəti uzadıldı
Sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddəti uzadılıb. Məlumata görə, Qaradağ rayon Məhkəməsində Ə.İnsanovun həbs müddətinin artırılması ilə bağlı prokurorluq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə Ə.İnsanovun barəsindəki həbs müddəti daha 2 ay artırılıb.
Banklara 1 ay vaxt verildi
Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutulmaması ilə bağlı razılığa gəlib. Yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşı ƏDV tətbiq etməyəcək.
Ərdoğan Afrikaya səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 22-25 yanvar tarixlərində Afrikaya səfər edəcək. Qitə səfəri çərçivəsində R.T.Ərdoğan Tanzaniya, Mozambik və Madaqaskara gedəcək.
Azərbaycan Beynəlxalq Bankının yeni başçısının adı məlum oldu
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Məlumata görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.
BQXK: Azərbaycan əsgərinin meyiti ailəsinə mümkün qədər tez qaytarılmalıdır
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgərlə bağlı münaqişə tərəfləri ilə iki tərəfli dialoqu davam etdirir.
Yanvarın 11-nə manatın məzənnəsi
Ekspert: Ermənistan parlament seçkilərinədək Qarabağ məsələsində ciddi addım atmayacaq
Bir çoxlarının 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsində ciddi irəliləyişlərin olacağına ümidləri var, amma hələlik münaqişə ətrafındakı vəziyyətin yaxşılaşmasının əlamətləri nəzərə çarpmır.
Magistral qaz kəmərlərində təmir işləri aparılacaq
Yanvarın 11-də saat 10:00-dan 18:00-dək daha bir magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir işləri “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin ''Yaşma'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında həyata keçiriləcək. Məlumatda bildirilib ki, aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
“Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib
Yanvarın 10-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər 2 saylı tam orta məktəbdə “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib.














