Gündəm
Yeni yüngül və möhkəm material yaradılıb
Massaçusets Texnologiya İnstitutunun alimləri qrafen və mürəkkəb həndəsi formalarla sınaqları davam etdirərək xarici görünüşünə görə mərcanları xatırladan yüngül və möhkəm materiallar yaradırlar.
Süni intellekt yollarda qəzaların qarşısını alacaq
Las-Veqasda keçirilən “CES-2017” istehlak elektronikası sərgisində “Toyota” şirkəti yol nəqliyyat hadisələrinin sayının azaldılması üçün nəzərdə tutulan “Concept-i” avtonom avtomobil prototipini nümayiş etdirib.
2016-cı ilin yekunları müzakirə edilib
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində keçirilən, 2016-cı ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
9 ilin hegemonları: Hərəyə 6 mükafat
FİFA-nın keçirdiyi səsvermə nəticəsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldu Lionel Messiyə çatıb.
Keçiricilik qabiliyyətini itirmədən iki dəfə uzana bilən tranzistor yaradılıb
Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış tranzistor dartılmaq qabiliyyətinə malikdir və bu halda keçiricilik qabiliyyətinin çox hissəsini özündə saxlayır. Alimlərin fikrincə, belə tranzistor daşınan elektron qurğuların yaradılmasında olduqca faydalı ola bilər.
İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda dövlət başçısı giriş nitqi söyləyib. Dövlət başçısı qeyd edib ki, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalıb, iqtisadi böhran vəziyyətindən çıxış yolu tapılıb.
“Ağıllı” əsa istifadəçinin fiziki vəziyyətini izləyəcək
“CES 2017” istehlak elektronikası sərgisində ənənəvi olaraq istifadəçilərin həyatını daha da sadələşdirmək və yaxşılaşdırmaq məqsədilə çoxsaylı “ağıllı” qurğular təqdim edilir. Belə qurğulardan biri Fransanın “Nov'in” şirkətinin nümayiş etdirdiyi “ağıllı” “Dring Smartcane” əlağacıdır.
Analar nə üçün körpələrini SOLDA SAXLAYIR?
Anaların körpə uşaqları nə üçün sol tərəfdə saxlaması alimlərin araşdırma obyektinə çevrilib.
Banklar kreditləşməni azaldıb
2016-cı ilin dekabr ayının 1-ə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 15 mlrd. 802,1 mln. manat təşkil edib. Bu barədə Mərkəzi Bankının açıqladığı statistikada deyilir. Məlumatda göstərilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% və ya 2 mlrd. 376,2 mln. manat azdır. Rəqəmlərin təhlilləri onu göstərir ki, noyabr ayında bankların iqtisadiyyata kredit qoyuluşları 3% və ya 455,4 mln. manat artıb.
Avtomobildə sıxılmış sürücü xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonu, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Toyota” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.
Fahriye və Enginin serialında kim kimdir? - siyahı+fotolar
Hərracın ən baha müəssisəsinin adı bəlli oldu
Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Komitədən “Olaylar”a verilən məlumata görə, 10 yanvarda baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.
Bilik Fondu ilə Cənubi Koreya səfirliyi arasında əməkdaşlıq genişlənir
Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Fonddan “Olaylar” – a verilən məlumata görə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə keçirilən görüşdə xalqların bir-biri ilə daha sıx əlaqələr yaratması istiqamətində həyata keçirilə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
İnsanların qocalma yaşı açıqlanıb
ABŞ alimləri müəyyən ediblər ki, insanlarda qocalma prosesi 39 yaşında başlayır. Mütəxəssislərin fikrincə, bu yaşda insanların əqli qabiliyyətlərinin zəifləməsi, habelə dayaq-hərəkət funksiyalarının pozulması başlayır.
Parlament binası yaxınlığında partlayış – 8 ölü
Əfqanıstanın paytaxtında parlament binası yaxınlığında bomba yüklü avtomobil partladılıb. Bunun ardınca isə terrorçu-kamikadze özünü partladıb. Ard-arda baş verən terrorda azı 8 nəfər ölüb. Parlamentin toza bürünmüş fotosu isə jurnalistlərdən biri tərəfindən çəkilib. Hər iki terroru Taliban qruplaşması öz üzərinə götürüb. Bu barədə Azadinform xarici mətbuata istinadən xəbər verir.














