Avtomobildə sıxılmış sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonu, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Toyota” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonu, Nobel prospektində "Toyota" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Toyota" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31