Hərracın ən baha müəssisəsinin adı bəlli oldu
Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Komitədən “Olaylar”a verilən məlumata görə, 10 yanvarda baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək.
10 Yanvar 2017 19:09 Sosial"Araz" Avtomotoservis 717 min 600 manata özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracı keçirib. Komitədən "Olaylar"a verilən məlumata görə, 10 yanvarda baş tutan hərracda fiziki və hüquqi şəxslər 30 dövlət əmlakına sahib olub. 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib. Bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi təmin ediləcək. Özəlləşdirilmiş kiçik müəssisələrdən 2-si, istifadəsiz qeyri-yaşayış sahələrindən 12-si paytaxtda yerləşir. Bu əmlaklar Bakıda, Komitənin İnformasiya Texnologiyaları Mərkəzində (H.Əliyev pr.139A) baş tutmuş hərracda özəlləşdirilib. Həmin gün regionlarda da hərraclar baş tutub. Bu hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Kiçik müəssisə və obyektlərin 1-i Xaçmaz, 1-i Şabran, 2-si isə Masallıda, 2 qeyri-yaşayış sahəsi isə Sumqayıt və Ağstafada yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak paytaxtın Binəqədi rayonunda yerləşən "Araz" Avtomotoservis Müəssisəsi olub. Müəssisə 717 min 600 manata özəlləşdirilib. Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsi isə 150 min manata satılıb.Paytaxtda özəlləşdirilmiş 12 qeyri-yaşayış obyektinin 5-i Nəsimi, 3-ü Nərimanov, 1-i Xətai, 1-i Yasamal, 1-i Nizami, sonuncusu isə Suraxanıda yerləşir.