Qadının pulunu oğurlayan yaxalanıb
Bakıda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də metronun "İnşaatçılar" stansiyasının platformasında Bakı şəhər sakini Şəlalə Quliyevanın çantasından 127 manatı və sənədi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kamran Mərdanov tutulub.
10 Yanvar 2017 15:58 KriminalBakıda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də metronun "İnşaatçılar" stansiyasının platformasında Bakı şəhər sakini Şəlalə Quliyevanın çantasından 127 manatı və sənədi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kamran Mərdanov tutulub.