Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu müzakirə edilib

Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Səbail rayonu İçərişəhər “Cümə” məscidində keçirilmiş tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və baş məsləhətçisi Samir Yoldaşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Səbail rayonu İçərişəhər "Cümə" məscidi dini icması tərəfindən "Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Səbail rayonu İçərişəhər "Cümə" məscidində keçirilmiş tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev və baş məsləhətçisi Samir Yoldaşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev, İçərişəhər "Cümə" məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin və dini maarifləndirmə işinin yüksək səviyyədə olduğunu dinləyicilərin diqqətinə çatdırıb. Milli kimliyimizin tərkib hissəsi kimi dini dəyərlərin qorunmasının müstəsna əhəmiyyətini qeyd edən C.Əliyev gənclərlə bu istiqamətdə mütəmadi fikir mübadiləsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən QMİ-nin sədr müavini Fuad Nurullayev həyata keçirilən layihələrin dini mühitdə müsbət meyillər yaratdığını bildirib. İçərişəhər "Cümə" məscidinin axundu və dini icmasının sədri Surxay Məmmədli məsciddə həyata keçirilən layihəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Maarifləndirmə tədbirində çıxış edən Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli və tarixçi-araşdırmaçı Yusif Məmmədli mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31