Aydın Quliyev: “2016-cı il Azərbaycan üçün əlamətdar il olub”

“Ümumiyyətlə, 2016-cı il konkret hadisələr baxımından Azərbaycan üçün əlamətdar il olub”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev  deyib.

"Ümumiyyətlə, 2016-cı il konkret hadisələr baxımından Azərbaycan üçün əlamətdar il olub". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev  deyib.

Baş redaktorun sözlərinə görə, ötən il  istər siyasətdə, istər dövlət həyatında, istər mədəniyyətdə, istər mətbuatda, istərsə də idman sahəsində uğurlar əldə edilib: "Lakin hesab edirəm ki, dövlətimiz, eləcə də media üçün 2016-cı ildə əldə edilən ən  böyük uğur, dünyada baş verənlərin fonunda ölkəmizdə sabitlik və təhlükəsizliyin hökm sürməsi olub. Başqa ölkələrdə baş verənləri nəzərimizdən keçirsək, o zaman ötən ilin nə qədər önəmli il kimi  tarixdə qaldığının fərqinə varmalıyıq. Əgər bir ölkə ili belə bir şəraitdə sabitlik şəklində başa vura bilibsə, demək ki burada medianın da rolu var. Ötən il media öz inkişafını davam etdirib, 2016-cı ildə baş verənlərin fonunda ölkədə sabitliyin qorunub saxlanmasında, dövlət orqanları ilə bərabər fəaliyyət göstərib".

A. Quliyev əlavə edib ki, 2016-cı ili Azərbaycan KİV-i üçün sabit il kimi dəyərləndirmək mümkündür.  Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31