Türkiyədə baş verən terror hadisələrinin fonunda bu ölkənin turizm imkanlarının sarsıdılması dayanır 

“Son zamanlar Türkiyədə baş verən terror hadisələrinin fonunda bu ölkənin qazanc mənbəyi olan turizm imkanlarının sarsıdılması dayanır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib.

"Son zamanlar Türkiyədə baş verən terror hadisələrinin fonunda bu ölkənin qazanc mənbəyi olan turizm imkanlarının sarsıdılması dayanır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edib. O, bildirib ki, uzun müddət sonra məşhur bir köşə yazarı öz yazılarında hamını bu terrorun dayandırılması üçün Türkiyəyə daha çox səhayət etməyə dəvət edir: "Bu dəvətin arxasında mənəvi haqqın dayandığını hamımız gözəl bilirik. Belə ki, bu kimi proseslərdə yaxından iştirak edən və şəhidlik zirvəsinə ucalan hər bir adam Türk xalqı tərəfindən ən yüksək şəkildə dəfn edilir. Şəhidlik zirvəsinə ucaldığı üçün insanlar birlik halına gəlib bu kimi məsələlərdə bütün statusları kənara atılır". Təşkilat sədri qeyd edib ki, bizim cəmiyyətdə də buna yaxın hadisələr baş verir: "Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Bunu hamımız çox yaxşı bilirik. Hər gün bir əsgərimizin düşmən gülləsinə tuş gəlmək şansı bu gün digər yerlərdə baş verən hadisələr fonunda daha risklidir. Ən yaxın tarix misalını çəkmək istəyirəm və sual verirəm. Qurbanov Çingiz Salman oğlunu google-da search etmədən neçə nəfər kim olduğunu deyə bilər ?! 29 dekabr - 10 yanvar. Çox da uzaq tarix deyil. Nurayı hamımız tanıyırıq artıq. Tanımalıyıq da. Çətin informasiya dövrü bizi özümüzdən çıxarıb auditoriyaya oynamaq əvəzinə, yadlaşmaq, yadlaşdırmaq əvəzinə bizləri bu kimi məsələdə daha da çox birlik olmağa sövq etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31