Uşaq hüquqlarının müdafiəsi, yoxsa zorla icra olunan məhkəmə qətnamələri?

Məlum olduğu kimi ailədə yaşamaq və tərbiyə olunmaq uşağın əsas hüquqlarından biridir. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Övladlığa götürmə də uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir. Lakin bütün hüquqi normaların olmasına baxmayaraq hələ də Azərbaycanda övladlığa uşaq götürmək problem olaraq qalır.

Problemin kökündə bəzi hakimlərin çıxardığı qərarlar durur

Məlum olduğu kimi ailədə yaşamaq və tərbiyə olunmaq uşağın əsas hüquqlarından biridir. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Övladlığa götürmə də uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir. Lakin bütün hüquqi normaların olmasına baxmayaraq hələ də Azərbaycanda övladlığa uşaq götürmək problem olaraq qalır. Məsələn, 10 yaşlı Quba rayon sakini Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlər deməyə əsas verir ki, hələ də məhkəmələr uşaqlarla bağlı qərar çıxararkən beynəlxalq və milli qanunvericiliyi, eləcə də uşaqların öz istəklərini nəzərə almırlar. Hüquqşünas Alim Hüseynli bildirib ki, sosial şəbəkələrdə yayımlanan video-süjetlərdən belə məlum olur ki, məhkəmə qərarlarının icraçıları Nuraya qarşı zorakılıq nümayiş etdirirlər: "Əslində isə onlar dövlət adından çıxarılan məhkəmə qətnaməsini icra edirlər. Bunun necə və hansı formada icrası isə başqa mövzunun predmetidir. Fakt ondan ibarətdir ki, ortada məhkəmə qətnaməsi var. Əgər həmin qətnamə çıxarılarkən 10 yaşlı uşağın fikri öyrənilibsə, nədən o, öz "döğma atasından" imtina edir? Deməli, qətnamə çıxarılarkən ya hansısa maraqlar nəzərə alınıb, ya da iş hərtərəfli öyrənilməyib". Onun sözlərinə görə, Azərbaycanda övladlığa uşaq götürülməsi Ailə Məcəlləsi və "Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli Qərarı ilə tənzimlənir. Qaydalara görə, valideyn himayəsindən məhrum olan uşaqların ilkin ucotunu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş ucotunu 3 yaşına qədər uşaqlar uzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar uzrə isə Təhsil Nazirliyi, umumi ucotunu isə Ailə, Qadın və Uşaq Problemləri uzrə Dovlət Komitəsi həyata kecirir. Ailə Məcəlləsinin tələbinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Qanunvericiliyə görə, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Lakin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş və səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş xəstəliklər siyahısında olan xəstəliklərdən birinə tutulmuş şəxslərə də uşaq övladlığa götürməyə icazə verilmir. Bu xəstəliklər aşağıdakılardır: Vərəm (aktiv və xroniki), bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion, ruhi xəstəliklər, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri. Buradan göründüyü kimi Nurayın xalasının onu övladlığa götürməsi üçün qanunvericilikdə kifayət qədər müddəalar var. Ancaq mümkündür ki, o, qanunvericiliyin göstərilən tələblərinə riayət etməsi üçün hüquqi biliyi yetərli olmasın. Hüquqşünas qeyd edib ki, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq valideyn, humayəçi, qəyyum, tərbiyə müəssisəsinin rəhbərinin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir: Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə; xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv olunur. Lakin, bu halların heç biri Hurayın xalasında müşahidə olunmur". 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş işçi qrup Quba rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb. Görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın on yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. N. Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apelyasiya Məhkəməsinin və 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib: "Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib".Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: "Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyiilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib".

 Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31