Gündəm

Yağışlı günlər...

13 Yanvar 2017 13:59

Nigar Nigar “Olaylar” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi  məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 14 də hava şəraitinin   bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Külli miqdarda Rusiya rublu aşkar olundu 

13 Yanvar 2017 13:57

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilmiş, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Nazir vəzifədən getmək istəmir

13 Yanvar 2017 13:58

Dekabr ayında Zambiyada keçirilən baş nazir seçkilərində məğlub olan nazir Yahya Cammeh vəzifəsindən getmək istəmir. Seçkilərisə qalib gələn Adama Barrov hər şeyə rəğmən növbəti həftə vəzifəsini icra edəcəyini açıqlayıb. Türkiyə mətbuatının məlumatına görə bu haqqda Barrov öze BBC Dünya Servisinə məlumat verib.

Nazirliyə 1701 müraciət daxil olub

13 Yanvar 2017 13:56

2016-cı ilin yanvar-dekabr ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7401 müraciət qeydə alınıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müraciətlər əsasən nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda istirak etmək, süni mayalanma tədbirləri nəticəsində doğulan hər buzova görə heyvan sahibinə kompensasiya ödənilməsi, subsidiyalar, suvarma işləri, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, güzəştli şərtlərlə kreditlərin verilməsi qaydası, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları, o cümlədən arıçılıq məhsullarının sərgi satış yarmarkasında iştirak etmək, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikaya gətirilən və respublikadan aparılan bitki və bitki mənşəli məhsullar üçün zəruri idxal və ixrac sənədləşmələri, heyvan xəstəlikləri barədə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi, lizinq yolu ilə cins heyvanların və yeni kənd təsərrüfatı texnikalarının alınması, sürücülük vəsiqəsinin dəyişdirilməsi rüsümları, işlə təmin olunma, torpaqların təyinatının dəyişdirilməsi, baramaçılığın inkişafı, fındıq bağlarının salınması və kənd təsərrüfatının digər müxtəlif sahələri ilə əlaqədar olub.

Şahin Mustafayev xatirə kitabını yazdı

13 Yanvar 2017 13:54

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyində olub. Bu barədə nazirlikdən “Olaylar”a verilən mlumata görə, nazir Almaniya Federativ Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Roman Hersoqun vəfatı ilə əlaqədar Azərbaycan hökuməti adından başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Atasını axtarırdı, amma...

13 Yanvar 2017 13:53

"The Jeremy Kyle Show"ya qatılan Li adlı çəxs 40 il görmədiyi atasının axtarırdı. Bu axtarışda verlişin yaradıcı heyəti ona kömək ediblər. Lakin atasını görən Li təəccüblənib. Proqrama gələn atanın cinsiyyətini dəyişdirərək qadın olduğu məlum olub.

Heyvanlarda epizootik tədbirlərin aparılmasına start verilib

13 Yanvar 2017 13:51

Ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb.

Qətər səfiri Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib

13 Yanvar 2017 13:48

İqtisadiyyat naziri Şahin Mustafayev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycan-Qətər siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir.

Azərbaycan 2016-cı ildə öz etibarlı inkişafını davam etdirdi

13 Yanvar 2017 13:44

“Azərbaycan 2016-cı ildə öz etibarlı inkişafını davam etdirdi, təhkükəsizlik tədbirləri təmin edildi. Sabitliyi qoruyub saxladı”. Bu fikirləri “OLAYLAR”-a millət vəkili Eldəniz Səlimov səslənbdirib.

Xarici İşlər Nazirliyi  bəyanat yaydı

13 Yanvar 2017 13:45

“КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik.

Ermənilər işğalçı siyasətlərini çox davam etdirə bilməyəcəklər

13 Yanvar 2017 13:37

“Ermənistanın Azərbaycan hərbi qulluqçusunun nəşini qaytarmaması insanlığa sığmır. Onların işğalçı siyasətləri davam etdikcə, belə saxtakarlıq, təxribat törədəcəklər. Ermənilər Azərbaycan ordusunun gücünü yaxşı bilidikləri üçün qorxuya düşüblər və belə saxtakarlıqlarla dünyaya yalan məlumatlar çatdırmaq istəyirlər”. Bunu millət vəkili Rövşən Rzayev deyib.

Türkiyənin xarici işlər naziri İsrailə səfər edəcək

13 Yanvar 2017 13:35

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfər edəcək. Səfərin yanvarın sonu - fevralın əvvəlində baş tutacağı planlaşdırılır. Mənbənin məlumatına görə, səfər zamanı iki ölkə arasında münasibətlərin normallaşması, ticarət və iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə olunacaq. Bu barədə Trend Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat verir.

ÜAK 28-ci Beynəlxalq KVN festivalı ilə bağlı etiraz bəyanatı yaydı

13 Yanvar 2017 13:33

Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adındanbəyanat yayıb.

Tərbiyəsizlik edən jurnalist həbs olundu

13 Yanvar 2017 13:32

Macarıstanda qadın jurnalist tərbiyəsizliyinə və yolverilməz davranışına görə həbs edilib. Petra Laszlo 3 il müddətinə azadlıqdan məhrum edilib.

Peyvəndlə hepatit B-yə yoluxmanı azaltdılar

13 Yanvar 2017 13:28

2000-ci ildən sonra uşaqlar arasında hepatit B virusu ilə ilkin xəstələnmə halları 2,2 dəfə azalıb. Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildiib ki, uşaqların hepatit B-yə qarşı peyvənd olunmasına 2000-ci illərin əvvəllərində başlanılıb. Onun sözlərinə görə, peyvənd tətbiq olunanadək bu xəstəlik qeydə alınanların 38 faizi 14 yaşa qədər uşaqlar idisə, hazırda həmin göstərici cəmi 1 faizdir.