Gündəm
Oqtay Şirəliyev: "Azərbaycana xeyli turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb"
"Bir çox ölkədə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb".
Sosial şəbəkədə SEKS QALMAQALI - Mikrofonu söndürməyi unutdu...
Oyun yayımlarının ən önəmli ünvanlarından olan və böyük bir kütləyə sahib Twitch-də xeyli sayda təqibçisi olan bir istifadəçi mikrofonu açıq unudunca böyük bir qalmaqala imza atıb.
TBMM prezidentlə bağlı Konstitusiya dəyişikliyi təklifini qəbul edib
Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir.
Türkiyə klubu Reynaldo xəbərini təsdiqlədi
Türkiyə Superliqasında mübarizə aparan "Adanaspor"un "Qarabağ"ın futbolçusu Reynaldonu transfer etmək istədiyi barədə xəbərlər öz təsdiqini tapıb.
Ermənistan baş nazirinin kreslosu laxlayır?
Ermənistan baş naziri Karen Karapetyan və hökumət aparatının rəhbəri-nazir David Arutyunyan arasında münasibətlər gərginləşməyə başlayıb. Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb. Nəşr vurğulayıb ki, hökumətin dünən keçirilən iclasında K.Karapetyan nəzərəçarpacaq dərəcədə gərgin olub.
"Qəbələ" "Antalyaspor"la bacarmadı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib. "Qırmızı-qaralar" "Antalyaspor"un U-19 komandası ilə görüşdə qüvvəsini sınayıb.
Türkiyə ordusu 40-dan çox İŞİD-çini məhv edib
Türkiyə Silahlı Qüvvələri Suriyada "Fərat qalxanı" çərçivəsində apardığı quru və hava əməliyyatları zamanı İŞİD terror qruplaşmasının 41 üzvünü zərərsizləşdirib. Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir. Əməliyyatlar zamanı İŞİD-in 177 obyekti darmadağın edilib. Milli.az
58 nəfər dövlət sərhədini pozub
Ötən ilin dekabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 38 halda 58 nəfər saxlanılıb. Bu barədə “Olaylar”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. DSX-dən bildirilib ki, saxlanılan şəxslərdən 23 nəfəri Azərbaycan, 7 nəfəri Qana, 6 nəfəri Özbə¬kistan, 6 nəfəri Nigeriya, 5 nəfəri İran İslam Rеspublikası, 3 nəfəri Banqladeş, 2 nəfəri Ukrayna, hər ölkədən bir nəfər оlmaqla Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Tacikistan, Kamerun, Qırğızıstan vətəndaşı оlub. Məlumata görə, sərhəd rеjim qaydalarını pоzarkən yaşıl sərhəddə 10 halda 19 nəfər, Xəzər dənizində 8 halda 13 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 487 halda 659 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb: "Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axta¬rışda оlan 373 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
DSMF-nin Biləsuvar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarının müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilməsi və əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin yeni inzibati binasının açılışı olub.
Nazirlikdən benzin açıqlaması
Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir. Qiymət artımnın Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi “AI-92” markalı benzinə hələ ki şamil ediləcəyi istisna edilmir.
Gizli sexdə aşkar edilən ət yarasız çıxdı
“Təzə bazar" MMC-də əti sümükdən ayıran gizlil sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 6-da Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də keçirilən reyd zamanı MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvaların daxili orqanları aşkar edilib. Ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Səhiyyə Nazirliyi: Azərbaycanda ana ölümü əmsalı 24-dən 22-yə enib
"“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib". Səhiyyə Nazirliyindən verilən xəbərə görə, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib. Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.
120 minə qədər tibb işçisinin hamısının xalqa vicdanla xidmət etdiyini deyə bilmərik
“Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi olub”. Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, təxminən iki həftə sonra ölkədə daha bir dərman zavodunun təməli qoyulacaq. Onun sözlərinə görə, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edən zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə də danışıqlar aparılır. Nazir qeyd edib ki, dərman preparatlarının ölkədə istehsal edilməsi bizim üçün çox vacibdir.
Bakıda dəniz sahilində çürümüş və balıqlar tərəfindən didilmış meyit tapılıb
Bakıda dəniz kənarından çürümüş kişi meyiti tapılıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisində dənizdə boğularaq sahilə çıxmış kişi meyiti ötən il dekabrın 8-də aşkar edilib. Dərhal ekspertlərin iştirakı ilə meyitə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, onun əynində göy rəngli üzərində “MEXX” sözləri yazılmış cins şalvar, qara rəngli kəmər, qara rəngli corab, üzərində “DANAGİ” yazılmış ayaqqabı olub.
Xalça Muzeyində növbəti mühazirə
14 yanvar saat 17:00 Azərbaycan Xalça Muzeyində Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun "Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" mühazirəsi olacaq.














