Xalça Muzeyində növbəti mühazirə
14 yanvar saat 17:00 Azərbaycan Xalça Muzeyində Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun "Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" mühazirəsi olacaq.
13 Yanvar 2017 12:38 Sosial14 yanvar saat 17:00 Azərbaycan Xalça Muzeyində Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun "Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" mühazirəsi olacaq. Mühazirədə Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri iştirak edəcəklər.
Məmmədhüseyn Hüseynovun "Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" mühazirəsində də naxışların məna və təzahür formalarının unudulmuş və inanc yaddaşının kodlaşmış qatlarında qalmış, lakin varis hesab edilən sadə naxışlardan bəhs edəcək.
Qeyd edək ki, mühazirə Azərbaycan dilində aparılacaq.