Gündəm

Səlim Müslümov Biləsuvar rayonunda  5  rayonun sakinlərini fərdi qaydada qəbul edib

13 Yanvar 2017 12:35

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvar rayonunda bu rayonun və Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə imtahan keçiriləcək

13 Yanvar 2017 12:33

Yanvarın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub. İmtahan elektron formada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahandan müəyyən edilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaq.

“20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı yazı müsabiqəsi başa çatıb

13 Yanvar 2017 12:32

Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş “20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün seminar keçirilir

13 Yanvar 2017 12:31

Dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün “Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminar keçirilir.

Cəbhədə erməni təxribatı davam edir

13 Yanvar 2017 12:29

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

14 yanvar teatrlarda

13 Yanvar 2017 12:27

“Olaylar” 14 yanvar tarixinə olan tamaşaları təqdim edir.

Musiqili Teatr Beynəlxalq festivala yola düşdü

13 Yanvar 2017 12:25

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Teatr Festivalına yola düşüb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a bildirib ki, Dövlət Musiqili Teatrı İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Teatrın kollektivi bu münasibətlə 13-18 yanvar tarixlərində Təbrizdə səfərdə olacaq.

Ombudsman 20 Yanvar faciəsi ilə əlaqədar bəyənatla çıxış edib

13 Yanvar 2017 12:22

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. "Olaylar"ın xəbərinə görə, bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və ağır zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş,erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmiş, hərbi gəmilərdən çıxarılan desant qrupları, tanklar və digər hərbi texnikadan istifadə etməklə dinc əhalini gülləboran etmiş, nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz hüquqlarının və torpaqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza divan tutulmuşdur.

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

13 Yanvar 2017 12:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.

Bakcell “Bax nələr mümkündür” yeni şüarını ictimaiyyətə təqdim etdi

13 Yanvar 2017 12:18

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə “Bax nələr mümkündür” şüarı ilə yeni mövqeləndirmə strategiyasına keçdiyini elan edir.

Millət vəkili: "Ötən il Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib"

13 Yanvar 2017 12:09

“2016-cı ildə Azərbaycanın xarici siyasəti uğurlu olub, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib, nüfuzu artıb”. Bunu  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Politoloq: "2017- ci ilin mürəkkəb il olacağı artıq indidən məlumdur" 

13 Yanvar 2017 12:07

"Bugün hərbi ekspertləri və siyasətçiləri düşündürən suallardan biri dövlətlərin milli maraqlarının təmin edilməsində xaricdəki hərbi bazaların yaradılmasının effektivliyidir. Müasir dünyada bir çox kiçik dövlətlərin öz hücum və müdafiə sistemləri var və bəzilərinin fikrincə artıq xərc çəkib haradasa hərbi baza qurmağa ehtiyyac yoxdur. Lakin özünü supergüc adlandıran və ya dünyada lider olmağa çalışan dövlətlər öz güclərini göstərmək üçün xaricdə hərbi bazalardan istifadə edirlər. Bu gün dünyada ən çox hərbi baza ABŞ-a məxsusdur". Bunu politoloq Zaur Məmmədov deyib.

Musa Quliyev: "Prezidentin müşavirədəki fikirləri fəaliyyət proqramıdır" 

13 Yanvar 2017 12:02

“Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında xüsusilə də ölkə başçısının nitqində söylədiyi fikirlər  Azərbaycanın 2017-ci və gələcək illərdə sosial iqtisadi inkişafının yol xəritəsidir”. Bunu SƏS TV-yə açıqlamasında  Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Çavuşoğlu: "Aİ Kiprdə təhlükəsizliyin qarantı ola bilməz"

13 Yanvar 2017 12:00

"Ankara Kipr üzrə qarant-ölkələrin rolunun Avropa İttifaqına (Aİ) keçməsinin qəti əleyhinədir". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə Kiprlə bağlı keçirilən beynəlxalq konfransın yekunlarına dair fikir bildirərkən deyib.

Səhiyyə Nazirliyi 5 saylı Xəstəxanada baş verən ölümün ilkin səbəbini açıqlayıb

13 Yanvar 2017 11:56

Səhiyyə Nazirliyi 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat zamanı baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, yanvarın 12-də 31 yaşlı Vüsalə Məmmədova 5 saylı şəhər Klinik Xəstəxanasında əməliyyat vaxtı dünyasını dəyişib. Onun sözlərinə görə, ölümə ilkin səbəb olaraq tromboemboliya göstərilir: “Hazırda ölümün səbəbləri araşdırılır. Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır və xəstənin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspert müayinəsindən keçirilir. Ölümün səbəbləri ekspert rəyindən və prokurorluğun araşdırmasından sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq". Apa.az