Gündəm

Mərkəzi Elmi Kitabxanada dövrü mətbuat

13 Yanvar 2017 11:54

AMEA MEK-in direktoru Leyla İmanova 2017-ci ilin ilk təqdimatının məhz dövri mətbuat fonduna aid olmasının əhəmiyyətindən, 2016-cı ilin yekunlarından və MEK-i fərqləndirən nailiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycan kitabxanaları arasında ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edən kitabxana MEK olub. Azərbaycan kitabxanaları arasında ən qədim 17 kitab MEK-də mühafizə olunur. “Nəşriyyat haqqında Qanun”a islahat yönümlü təkliflər ilk dəfə olaraq MEK tərəfindən verilib. MEK Azərbaycan kitabxanaları arasında ilk dəfə Vahid İdarəetmə Sistemini - müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması MEK – də həyata keçirilib. L.İmanova onu da bildirdi ki, Vikipediyada Azərbaycana aid materialların sistemli şəkildə daha da sürətli, həcmli və peşəkar səviyyədə aparılması məqsədilə “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA institutları və kənar təşkilatlara təlimlər silsiləsinə başlanılmış, 170 iştirakçıya 28 təlim keçirilib.

Ailə təyyarəni geri uçuş etməyə vadar etdi

13 Yanvar 2017 11:51

Türk Hava Yollarına məxsus  İstanbul – Klimancaro  təyyarəsi evli olduqları məlum olan iki sərnişinin münaqişəsinə görə Qahirə üzərindən İstanbula geri dönüb.

İran vətəndaşında psixotrop maddə aşkar edilib

13 Yanvar 2017 11:48

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı adı çəkilən vətəndaşın ayaqqabısından 2 ədəd bükümdə ümumi xalis çəkisi 14,277 qram olan metamfetamin, 1 ədəd bükümdə isə 65 ədəd həb şəklində metadon aşkar edilib. Bundan başqa, İran vətəndaşının corabından 1 ədəd, daxili orqanından (düz bağırsağından) isə 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.

“Günəşli” yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

13 Yanvar 2017 11:46

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2909-2840 metr intervaldan sutkalıq 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

“Davosa doğru – Bakı” Forumu keçiriləcək

13 Yanvar 2017 11:37

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, ADA Universiteti və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının birgə tərəfdaşlığı ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində Bakıda “Davosa Doğru – Bakı” Forumu keçiriləcək. “OLAYLAR”-a ARGTMŞ-dən daxil olan məlumata görə, yanvarın 17-də keçirilməsi nəzərdə tutulan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaq.

Hərbi ekspert: "Hərbçilərimiz düşməni məhv etməyə tam hazırdır" 

13 Yanvar 2017 11:35

“Bu gün ən müasir və güclü ordusu olan dövlətlərin silah-sursatları Azərbaycan ordusunda mövcuddur. Hərbçilərimiz ən müasir silahlarla silahlanıblar. Bu silahlar Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasına, bundan da sonra ordumuzun güclənməsinə xidmət edirlər”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Hikmət Hacıyev: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb”

13 Yanvar 2017 11:33

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurlu xarici siyasəti həyata keçirilir. Dövlətimizin uğurlu xarici siyasəti məhz uğurlu daxili siyasətimizin davamıdır. Ölkəmizin xarici siyasəti də daxili siyasətin davamı olaraq xalqımızın mənafeyinə və milli maraqlarına xidmət edir”.

Kipr üzrə danışıqlar yanvarın 18-də davam etdiriləcək

13 Yanvar 2017 11:32

Kipr üzrə danışıqlar yanvarın 18-də texniki səviyyədə Cenevrədə davam etdiriləcək. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib. "Danışıqlar texniki səviyyədə yanvarın 18-də davam edəcək", - Çavuşoğlu deyib.

Rusiyada 5,2 bal gücündə zəlzələ olub

13 Yanvar 2017 11:28

Rusiyanın Primorye ərazisində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Primoryenin Naxodka mahalından 98 kilometr cənubda olub. Yeraltı təkanların ocağı 490 kilometr dərinlikdə yerləşib. Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb. Bu barədə Trend-in "RİA Novosti"yə istinadən xəbər verir.

FETÖ-nün imamının qaçdığı ölkə bilindi

13 Yanvar 2017 11:22

Türkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb.

İstanbulda erməni ailənin evinə basqın edən Ermənistan vətəndaşlarına ömürlük həbs istənilib

13 Yanvar 2017 11:20

İstanbul Baş Prokurorluğu Türkiyədə yaşayan erməni ailənin evinə basqın etməkdə  şübhəli bilinən 3 Ermənistan vətəndaşına ömürlük həbs cəzası verilməsini istəyib.

Rus nəhəngi AÇIQLADI: "Pulu biz ödəyəcəyik"

13 Yanvar 2017 11:17

Qazprom İdarə heyətinin başçısı Viktor Zubkov bu il ərzində "Türk Axını" da daxil olmaqla üç təbii qaz layihəsini maliyyələşdirəcəklərini açıqlayıb.  Paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Zubkov 2017-ci ildə "Türk Axını", "Şimal Axını - 2" və "Sibirin Gücü" layihələrinin onlara aid hissələrinin "Qazprom" tərəfindən maliyyələşdiriləcəyini bildirib.

İlham Əliyev: "Azərbaycanın bugünkü uğuru hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir" 

13 Yanvar 2017 11:14

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub. Məlumata görə, məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

“Facebook” jurnalistlərlə daha fəal əməkdaşlıq edəcək

12 Yanvar 2017 20:00

Bu gün "Facebook" şirkəti sosial şəbəkənin jurnalist və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib.

17 yaşlı qız tibb dərsində öyrəndiyini öz üzərində sınayınca öldü

12 Yanvar 2017 19:53

İstanbulda tibb bacısı sahəsi üzrə təhsil alan qız dərsdə öyrəndiyi metodu öz üzərində sınaqdan keçirmək istəyib. 17 yaşlı Deniz Temiz, dərsdə öyrəndiyi serum (fizioloji məhlul) müalicəsi üsullarını öz üzərində sınaqdan keçirincə həyatını itirib.