Mərkəzi Elmi Kitabxanada dövrü mətbuat

AMEA MEK-in direktoru Leyla İmanova 2017-ci ilin ilk təqdimatının məhz dövri mətbuat fonduna aid olmasının əhəmiyyətindən, 2016-cı ilin yekunlarından və MEK-i fərqləndirən nailiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycan kitabxanaları arasında ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edən kitabxana MEK olub. Azərbaycan kitabxanaları arasında ən qədim 17 kitab MEK-də mühafizə olunur. “Nəşriyyat haqqında Qanun”a islahat yönümlü təkliflər ilk dəfə olaraq MEK tərəfindən verilib. MEK Azərbaycan kitabxanaları arasında ilk dəfə Vahid İdarəetmə Sistemini - müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması MEK – də həyata keçirilib. L.İmanova onu da bildirdi ki, Vikipediyada Azərbaycana aid materialların sistemli şəkildə daha da sürətli, həcmli və peşəkar səviyyədə aparılması məqsədilə “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA institutları və kənar təşkilatlara təlimlər silsiləsinə başlanılmış, 170 iştirakçıya 28 təlim keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında  (MEK) dövri mətbuat fondunun təqdimatı keçirilib

AMEA MEK-in direktoru Leyla İmanova 2017-ci ilin ilk təqdimatının məhz dövri mətbuat fonduna aid olmasının əhəmiyyətindən, 2016-cı ilin yekunlarından və MEK-i fərqləndirən nailiyyətlərdən danışdı. Bildirdi ki, Azərbaycan kitabxanaları arasında ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edən kitabxana MEK olub. Azərbaycan kitabxanaları arasında ən qədim 17 kitab MEK-də mühafizə olunur. "Nəşriyyat haqqında Qanun"a islahat yönümlü təkliflər ilk dəfə olaraq MEK tərəfindən verilib. MEK Azərbaycan kitabxanaları arasında ilk dəfə Vahid İdarəetmə Sistemini - müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması MEK - də həyata keçirilib. L.İmanova onu da bildirdi ki, Vikipediyada Azərbaycana aid materialların sistemli şəkildə daha da sürətli, həcmli və peşəkar səviyyədə aparılması məqsədilə "Vikipediyada məqalələrin yerləşdirilməsi" mövzusunda AMEA institutları və kənar təşkilatlara təlimlər silsiləsinə başlanılmış, 170 iştirakçıya 28 təlim keçirilib.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, AzTV-nin "Mədəniyyət" kanalının əməkdaşı Güllü Yoloğlu çıxış edərək bildirdi ki, Mərkəzi Elmi Kitabxananın arxivində saxlanılan qiymətli sənədlərin, burada göstərilən xidmətin səviyyəsini nəzərə alaraq qiymət dəyişikliyi ilə bağlı qəbul edilmiş qərar vaxtında atılmış bir addımdı. O, bu məsələdə kitabxananı dəstəklədiyini bildirdi. 


Sonda, tədbir iştirakçıları ilə MEK-in əməkdaşları kitabxananın fondlarını ziyarət etdilər və dövri mətbuatın saxlanıldığı arxivə baş çəkdilər.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31