Gündəm
Azərbaycanlılar evlilik verilişində özlərini BİABIR ETDİLƏR - VİDEO
Bir neçə ay əvvəl bir-birinə dəlicəsinə aşiq olub nişanlanan Naz və Baha cütlüyü Zuhal Topalın evlilik verilişini bir-birinə qatıb. Azərbaycanlı model Əli Əkbərin Naza elçi düşməsi mübahisəyə səbəb olub.
Dünya fərdi kompüterlər bazarında azalma davam edir
"Gartner" analitik şirkəti hesabat dərc edəcək qlobal kompüter bazarının həcminin ardıcıl beşinci ildir azalmasını açıqlayıb.
“Android” əksər bazarlarda mövqeyini itirir
"Kantar" analitik şirkəti bu və ya digər əməliyyat sisteminin ən böyük dünya bazarlarında yayılmasını qiymətləndirməyə, bu sahədə baş verən dəyişiklikləri izləməyə imkan verən hesabat dərc edib.
Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI
Havalar soyuyan kimi xəstəliklər də insanları yaxalayır. Asqırıq, öskürək, burun axıntısı insanları dəsmalı əlindən yerə qoymağa imkan vermir. Boğaz ağrısı ilə gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından istifadə edə bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirən və boğazı yumşaldan bitki çayları iltihabın aradan qaldırılmasına da kömək olur. Aile.lent.az boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.
Yeni qurğu dərhal “3D” fotoşəkillər yaradacaq
ABŞ-ın "Bellus3D" şirkəti "CES" istehlak elektronikası sərgisi çərçivəsində bir neçə saniyəyə üçölçülü formatda (3D) fotoşəkillər yaratmağa imkan verən qeyri-adi yeni qurğu nümayiş etdirib.
2016-cı ilin ən güclü smartfonları məlum olub
Mobil qurğuların məhsuldarlığını müəyyənləşdirən populyar testin istehsalçısı “Antutu” şirkətinin yeni reytinqinə əsasən, “iPhone 7 Plus” 2016-cı ilin ən güclü smartfonudur.
Britaniyalı tədqiqatçılar: Alkoqollu içkilər iştahanı artırır
Böyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər. Siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.
Alimlər: Depressiya və şizofreniya bir-biri ilə sıx bağlıdır
Sən demə, genetikasında şizofreniyanın inkişafı riski olan insanlar həm də depressiyanın alt növlərindən birinə meyillidirlər. Bunu Edinburq Universitetinin tədqiqatçıları aşkar ediblər.“Deccan Chronicle” saytı xəbər verir ki, alimlər əldə etdikləri nəticələrin şizofreniya və depressiyanın yeni müalicə metodlarının hazırlanmasına kömək edəcəyinə ümid bəsləyirlər.
"Qalatasaray" ikinci transferi reallaşdırdı
"Qalatasaray" ikinci transferi həyata keçirib. "Cim-bom" "Genclerbirliyi"nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib. Klublar arasında aparılan uzun danışıqlar nəhayət ki, öz bəhrəsini verib. "Genclerbirliyi"nin prezidenti İlhan Cavcav əvvəlcə 5 milyon avro tələb etsə də, sonda bu keçidin 2,5 milyon avroya baş tutmasına razılıq verməli olub. Türkiyə millisinin 22 yaşlı oyunçusunun bu gün və ya sabah rəsmən "Qalatasaray"ın futbolçusu kimi təqdim olunması gözlənilir.
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev yanvarın 12-də Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Səfəvilər dövləti” ziyarətçilərin ixtiyarına verilib
"Onu hazırda dünyanın ən yaxşı müdafiəçisi hesab edirəm"
"Arsenal" fransalı futbolçuları ilə yeni müqavilə imzalayıb. söhbət Olivye Jiru, Loran Kosilni və Fransis Koklendən gedir. "Topçular"ın rəsmi saytı müqavilənin detallarını açıqlamasa da, baş məşqçi Arsen Venqer trionun uzun müddət klubda qalacağını açıqlayıb.
Prezident büdcə sistemi ilə bağlı sərəncam imzaladı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam verib.
Vergi ödəyiciləri haqda fərman verildi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Dövlət qulluqçularının maaşı haqda prezidentin qərarı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.













