“20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı yazı müsabiqəsi başa çatıb

Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş “20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş "20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov iştirak edib. O, iştirakçıları müsabiqənin əsasnaməsi ilə tanış etdikdən sonra müsabiqəyə start verilib.

Qeyd edək ki, inşalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb. Müsabiqənin nəticəsinə əsasən I yerə 147 №li texniki-humanitar liseyinin 10a sinif şagirdi Hüseynli Gülər Nizaməddin qızı, II yerə 264 №li məktəb-liseyin 9a sinif şagirdi Abbasova Zeynəb Rəşad qızı, III yerə 204 №li tam orta məktəbin 9ç sinif şagirdi Abdullayeva Röya İbrahim qızı layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31