Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə imtahan keçiriləcək
Yanvarın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub. İmtahan elektron formada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahandan müəyyən edilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaq.
13 Yanvar 2017 12:33 SosialYanvarın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub. İmtahan elektron formada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahandan müəyyən edilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaq.
Qeyd edək ki, Təlimə Dəstək Mərkəzində metodist (mentor) kimi çalışmaq arzusunda olanlar üçün sənəd qəbulu 2-28 dekabr 2016-cı il tarixlərində keçirilib. Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.