Dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün seminar keçirilir
Dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün “Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminar keçirilir.
13 Yanvar 2017 12:31 SosialDövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün "Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları" mövzusunda seminar keçirilir. Seminar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sorbon Abu Dabi Universiteti ilə birgə təşkil edilir. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, yanvarən 13-dən 17-dək davam edəcək seminarın açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Fransa Respublikasının Azərbaycandakı Səfiri xanım Aurelya Buşez (Aurelia Bouchez), Fransa Səfirinin mədəniyyət və əməkdaşliq üzrə müşaviri Yohan Şitterer (Johan Schitterer), Paris Sorbon Universitetinin Abu Dabinin rektoru, professor Erik Fuaş (Eric Fouache) və rektorun müşaviri İmran Muxtarov iştirak edəcəklər.