Peyvəndlə hepatit B-yə yoluxmanı azaltdılar

2000-ci ildən sonra uşaqlar arasında hepatit B virusu ilə ilkin xəstələnmə halları 2,2 dəfə azalıb. Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildiib ki, uşaqların hepatit B-yə qarşı peyvənd olunmasına 2000-ci illərin əvvəllərində başlanılıb. Onun sözlərinə görə, peyvənd tətbiq olunanadək bu xəstəlik qeydə alınanların 38 faizi 14 yaşa qədər uşaqlar idisə, hazırda həmin göstərici cəmi 1 faizdir.

V.Qasimov bildirib ki, ölkə üzrə peyvənd planı 95-97 faiz yerinə yetirilir: "Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq, ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. Onlardan ikisinin - B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinlərin tətbiqinə son illərdə başlanılıb. Bu il poliomielitin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit peyvəndinin əlavə olunması, 3 valentli vaksinin 2-valentli ilə əvəz edilməsi önəmli hadisələrdən bilidir".

V.Qasımov artıq Azarbaycanda poliomielit, difteriya, qızılca, məxmərək, göyöskürək, epidemik parotit xəstəliklərinin müşahidə edilmədiyini, bu sadalanan uğurların Ümumdünya Səhiyyə Taşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqləndiyini söyləyib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31