Azərbaycan 2016-cı ildə öz etibarlı inkişafını davam etdirdi

“Azərbaycan 2016-cı ildə öz etibarlı inkişafını davam etdirdi, təhkükəsizlik tədbirləri təmin edildi. Sabitliyi qoruyub saxladı”. Bu fikirləri “OLAYLAR”-a millət vəkili Eldəniz Səlimov səslənbdirib.

Eldəniz Səlimov: "2017-ci il Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafının daha da sürətlənməsi ili və xalqımızın yaddaşına sülh ili kimi daxil olacaq"

"Azərbaycan 2016-cı ildə öz etibarlı inkişafını davam etdirdi, təhkükəsizlik tədbirləri təmin edildi. Sabitliyi qoruyub saxladı". Bu fikirləri "OLAYLAR"-a millət vəkili Eldəniz Səlimov səslənbdirib. O, bildirib ki, sabitliyin mənbəyi xalqın iradəsi və seçimidir: " 2016-ci ilə ümumilikdə nəzər salsaq neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq iqtisadi inkişafa nail olundu. Möhtərəm Prezidentimiz tərəfindən verilmiş sərəncamlar, qəbul edilmiş qanunlar nəticəsində iqtisadi inkişafda xeyli irəlləyiş əldə edildi. İqtisadiyyatımızın dayanıqlı inkişafına zəmin yaradıldı". Millət vəkili onu da qeyd edib ki, 2016-cı il aprel döyüşləri bizim şanlı tariximiz və böyük qələbəmiz idi: "2016-cı ildə Konstitusiyada ölkəmizdə keçirilən islahatları təmin etmək məqsədilə ölkəmizin gələcək inkişafına xidmət edəcək dəyişikliklər referendumla xalqımız tərəfindən təsdiq edildi. 2017-ci il təməli əvvəlki illərdə qoyulmuş ölkəmizin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi və yeni iqtisadi inkişaf proqramına əsasən daha yüksək naliyyətlər əldə olunmasına zəmin yaradacaq. Düzdür, dünyada baş verən iqtisadi böhran bizdən də təsirsiz ötüşmür. Buna baxmayaraq Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu məsələlərin icrası nəticəsində əldə olunacaq iqtisadi inkişaf 2017-ci ilin uğurlu illərdən biri kimi tariximizə daxil olacağı gözlənilir. Nazirlər Kabinetinin iclasında Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən səsləndirilən və ölkəmizin inkişafına xidmət göstərəcək fikirlər hər bir qurum üçün inkişaf proqramı kimi qəbul edilmişdir. Xalqımız ümid edir ki, 2017-ci il Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafının daha da sürətlənməsi ili və xalqımızın yaddaşına sülh ili kimi daxil olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31