Yağışlı günlər...

Nigar Nigar “Olaylar” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi  məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 14 də hava şəraitinin   bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi  məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 14 də hava şəraitinin   bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarına yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz yanvarın 14-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31