Gündəm

Söz və məlumat azadlığı dövlətin demokratik nailiyyətlərinin tərkib hissəsidir

13 Yanvar 2017 14:40

Hazırda ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Mətbuatda fikir söyləmək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar mövcuddur.

Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək

13 Yanvar 2017 14:36

Son illər ərzində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilmiş, məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün münbit şərait yaradılıb.

ADU-da imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib

13 Yanvar 2017 14:35

ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.

Vitse-admiral Şahin Sultanov son söz demək üçün məhkəmədən vaxt istəyib

13 Yanvar 2017 14:32

Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Siz adam deyilsiniz, heç gestapo da belə eləmirdi..."

13 Yanvar 2017 14:30

Ermənistan hakimiyyəti dekabrın 29-da sərhəddə baş vermiş döyüşlər zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun  cəsədinin geri qaytarılmasına dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur.

Ermənistan hökuməti Sülh Platformasına qoşulan fəallara təzyiq göstərir BƏYANAT

13 Yanvar 2017 14:26

"Ermənistan-Azərbaycan Sülh Platforması"nın iştirakçıları bəyanat yayıblar. Bəyanatda bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım etmək məqsədilə 6 dekabr 2016-cı ildə "Ermənistan-Azərbaycan Sülh Platforması" yaradılıb. Platforma münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür. 

Daşınmaz əmlakın qediyyatı sadələşdirilir

13 Yanvar 2017 14:22

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik baş verib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər.

Psixoloqa nə üçün müraciət etməliyik?

13 Yanvar 2017 14:19

Günümüzdə insanları əhatə edən vasitə və fərdləq çoxaldıqca, onların problemləri də artır. Bu problemlərin artması da öz növbəsində təcili həllər tələb edir. Maddi problemləmlərlə yanaşı insanı yoran digər bir məsələ psixoloji gərginlikdir. Buna əsas səbəb kimi informasiya yüklənməsi, maddi və mənəvi tələbatların ödənilməməsi, damğalama, əhatəsində olan insanlarla qarşılıqlı anlaşılmazlıq və sair göstərə bilərik. Gənc Psixoloqlar İctimai Birliyinin koordinatoru Murad Akifsoy deyir ki, bu məslədən isə birbaşa psixoloqlar sorumlu tutulur.

İrəvan Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından nəticə çıxarmağa məhkumdur

13 Yanvar 2017 14:18

Həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini ildən-ilə gücləndirir, onu dünya dövlətlərinin etibarlı tərəfdaşına çevirir. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə ölkəmizin haqlı mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsinə də öz müsbət təsirini göstərir.

Azərbaycanda donor fəaliyyəti asanlaşır

13 Yanvar 2017 14:16

Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilb. “Qrant haqqında” qanuna əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə biləcəkrlər.

Sintetik narkotik maddələr meydana gəlib

13 Yanvar 2017 14:12

XXI əsrdə cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlərdən biri, bəlkə də birincisi, ən mürəkkəbi, sonu faciə ilə nəticələnən narkomaniya problemidir. Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan “ağ ölüm” adlandırılan bu bəladan əziyyət çəkir. Narkomaniyanın yüksələn xətt üzrə belə inkişafı yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər.

Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır

13 Yanvar 2017 14:09

Azərbaycanın ildən-ilə artan siyasi nüfuzu və çəkisi, regionda əhəmiyyətli rola malik bir ölkəyə çevrilməsi dünya dövlətlərinin respublikamıza olan marağını artırır. Bunu şərtləndirən başlıca amillərdən biri də ölkəmizin bir sıra beynəlxalq tədbirlərə, dünyanın maraq dairəsində olan, bəşəriyyəti düşündürən qlobal məsələlərə həsr edilmiş toplantılara evsahibliyi etməsi, eyni zamanda müasir dünyamız üçün vacib sayılan təşəbbüslərlə çıxış etməsidir.

Ölkəmizin iqtisadi uğurları davamlı olacaq

13 Yanvar 2017 14:07

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti сənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Dövlət başçısı yola saldığımız ilin yekunlarına qiymət verdi və cari ildə ölkə iqtisadiyyatının qarşısında dayanan əsas strateji hədəfləri müəyyənləşdirdi. Bəs görəsən iqtisadçıları ölkə iqtisadiyyatını, onun hazırkı durumu və qarşıda duran hədəfləri necə dəyərləndirirlər?

UEFA Azərbaycan Premyer Liqası klublarının gəlir və itkilərini açıqlayıb

13 Yanvar 2017 14:06

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə çıxış etmiş klublar həmin maliyyə ilində 40 milyon avro gəlir əldə ediblər. 

13 yaşlı qıza sosial şəbəkədə tanış olduğu oğlanlar təcavüz etdilər

13 Yanvar 2017 14:04

Sosial şəbəkədə tanış olduğu 13 yaşlı qızı zorlayan 20 yaşlı Koray B. tutulub.  Hadisə Bursanın  Mustafakemalpaşa mahalında baş verib. 20 yaşlı Koray B. sosial şəbəkədə tanış olduğu S.T.-yə təcavüz edib. Qız işsiz Korayı evinə çağırıb. Onlar evdə görüşüblər. Sonra oğlan qızı 3 dəfə zorlayıb.  Qız başına gələnləri polisə danışıb. Oğlan iddiaları rədd etsə də, qız polislərə oğlanın qoruyucuları atdığı yeri deyib. Araşdırma aparılıb. Qoruyucunun üzərində Koraya və S.T.-yə aid izlər tapılıb.  Oğlan həbs edilib.