Gündəm
Kompyuter oğruları saxlandı
Abşeron məktəbləribnin birində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompyuteri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanov tutulublar.
"Azərbaycan artan rifah səviyyəsi ilə qibtə edilən ölkəyə çevrilib"
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Azərbaycanda deputatın etik davranış kodeksi hazırlanır
Azərbaycanda deputatların etik davranış qaydaları hazırlanır. Deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.
Çindən ABŞ-a müharibə çağırışı: "İntiqam alınacaq"
Çinin rəsmi media orqanı olan "Global Times" qəzetində Donald Tramp administrasiyasında dövlət katibi olan Reks Tillersonun "Çinin Cənubi Çin Dənizindəki adalara müdaxiləsinin qarşısını almalıyıq" açıqlamasına cavab verilib.
Diplomatlar Suriya məsələsini müzakirə edirlər
Rusiya və Çin diplomatları Moskvada Suriya məsələsini müzakirə edir. Görüş mediaya qapalı keçirilir. Toplantıda Rusiyanı XİN-in Şimali Afrika və Yaxın Şərq departamentinin direktoru Sergey Verşinin, Çini isə Suriya məsələsi üzrə xüsusi nümayəndə Se Syoyan təmsil edir.
ABŞ Polşaya hərbi qüvvə yeritdi
ABŞ-ın yüzlərlə hərbi nəqliyyat vasitəsi və üç mindən çox hərbçisi Polşaya gəlir. “Euronews”un yaydığı məlumata görə, ABŞ hökuməti hərbçiləri yerləşdirməklə və hərbi nəqliyyat vasitələrini göndərməklə Şərqi Avropada NATO müttəfiqlərini sakitləşdirməyə çalışır.
Azərbaycan İslam mədəniyyətinin fövqündə dayanır
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizm ideyalarını sərgiləməkdə davam edir. Multikulturalizm və tolerantlıq ənənələrini özündə əxz edən Azərbaycan dünyaya sübut etdi ki, nəinki müxtəlif siyasi baxışlara, ideologiyaya hətta ayrı-ayrı təriqət və inanclara malik insanlar eyni çoğrafi məkanda sülh və əminamalıq şəraitində yaşaya bilər.
Müəllim və valideynlər qəbul edilib
Yanvarın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, idarənin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 229 nömrəli tam orta məktəbdə keçirilmiş qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, təhsil müəssisələrinin zəruri ləvazimatlarla təminatının artırılması, idman meydançalarının abadlaşdırılması, fənn kabinetlərinin yaradılması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Nazirlik gənclər təşkilatlarına müraciət etdi
Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına müraciət edib. “OLAYLAR”-ın xəbərinə görə, müraciət həmin təşkilatların layihələrinin maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin qalibi olmuş təşkilatlarla müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması üçün hər təşkilat üçün ayrıca vaxt müəyyən edilib. Həmin vaxta uyğun olaraq, gənclər təşkilatlarının sədrləri və ya layihə rəhbərləri aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur: Gənclər təşkilatları bank tərəfdən təsdiq edilmiş təşkilatın bank rekvizitləri, borcun olub-olmaması haqqında təşkilatın xidmət edildiyi bank təşkilatının müvafiq arayışı və Ədliyyə Nazirliyinə təqdim etmək üçün məlumat anketini təqdim etməlidirlər.
Niderlandda 20 Yanvar şəhidlərindən danışılacaq
"Ana Vətən" Niderland Azərbaycanlı Qadinlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adina Den Haaq həftəsonu Azərbaycan məktəbində 20 Yanvar hadisələri barədə şagirdlərə məlumat veriləcək. Bu barədə “OLAYLAR”-a məlumat verən Birliyin sədri Mayisə Ağamirzəyeva deyib ki, yanvarin 14- də keçiriləcək novbəti dərsin movzusu məhz 1990- cil il, 20 yanvar hadisələrinə həsr olunacaq. Məktəbin konullu muəlliməsi Almaz Kərimli movzu ətrafinda uşaqlara genis məlumat verəcək.
Sərnişinlər pis xəbər
Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.
Ermənilər Kəlbəcərdə su elektrik stansiyası tikir
Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməkdə davam edirlər. Növbəti layihə Kəlbəcərin İstisu qəsəbəsində gerçəkləşdirilib.
Türkiyə prezidentinin səlahiyyətləri artırılır
Türkiyə Böyük Millət Məclisində (TBMM) Konstitusiya dəyişiklikləri barədə təkliflərin müzakirəsi davam edir. Yanvarın 13-nə keçən gecə gərgin müzakirələr nəticəsində parlamentin nəzarət səlahiyyətlərinə aid 6-cı maddə, prezidentin partiya üzvü olmasına imkan verən 7-ci maddə və prezidentin (cumhurbaşkanının) səlahiyyətli dövlət başçısı olmasını əks etdirən 8-ci maddə qəbul olunub.
Moskvadan İstanbula uçan təyyarənin quyruğu yerə dəydi, geri qayıtdı
"Vnukovo" aeroportundan havaya qalxan "Boinq" sərnişin təyyarəsinin quyruğu uçuş-enmə zolağına dəyərək qırılıb. Bu barədə “İnterfax" məlumat yayıb. “Boing-737” təyyarəsi İstanbul reysini yerinə yetirirdi. Uçuş vaxtı yerdən qalxarkən bort quyruq hissədən uçuş-enmə zolağına toxunub. Amma bununla belə sürət yığaraq havaya qalxıb”, - deyə mənbə bildirib. Bu hadisədən sonra ekipaj üzvləri uçuşu davam etdirmək istəməyiblər. Və hər hansı nasazlıq olmasın deyə aeroporta qayıdışı tələb ediblər. "Təyyarə sağ-salamat "Vnukovo"ya qayıtdı və endi. Təyyarədə nasazlıq aşkar edilmədi, yalnız zolaqda toxunmanın izi qalıb”, - deyə mənbə qeyd edib. Virtualaz.org
Avropa və ABŞ qorxu içində - Cümə günü, ayın 13-ü!
Bu gün - yanvar ayının 13-ü cümə gününə təsadüf edir. Avropa ölkələrində xristian mifologiyasından irəli gələrək, cümə günü ilə ayın 13-nün üst-üstə düşməsini nəhs və uğursuz gün hesab edirlər.














