Nazirlik gənclər təşkilatlarına müraciət etdi
Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarına müraciət edib. “OLAYLAR”-ın xəbərinə görə, müraciət həmin təşkilatların layihələrinin maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin qalibi olmuş təşkilatlarla müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması üçün hər təşkilat üçün ayrıca vaxt müəyyən edilib. Həmin vaxta uyğun olaraq, gənclər təşkilatlarının sədrləri və ya layihə rəhbərləri aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur: Gənclər təşkilatları bank tərəfdən təsdiq edilmiş təşkilatın bank rekvizitləri, borcun olub-olmaması haqqında təşkilatın xidmət edildiyi bank təşkilatının müvafiq arayışı və Ədliyyə Nazirliyinə təqdim etmək üçün məlumat anketini təqdim etməlidirlər.
13 Yanvar 2017 14:56 SosialGənclər və İdman Nazirliyi gənclər təşkilatlarına müraciət edib. "OLAYLAR"-ın xəbərinə görə, müraciət həmin təşkilatların layihələrinin maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin qalibi olmuş təşkilatlarla müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması üçün hər təşkilat üçün ayrıca vaxt müəyyən edilib. Həmin vaxta uyğun olaraq, gənclər təşkilatlarının sədrləri və ya layihə rəhbərləri aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur: Gənclər təşkilatları bank tərəfdən təsdiq edilmiş təşkilatın bank rekvizitləri, borcun olub-olmaması haqqında təşkilatın xidmət edildiyi bank təşkilatının müvafiq arayışı və Ədliyyə Nazirliyinə təqdim etmək üçün məlumat anketini təqdim etməlidirlər.