Azərbaycan İslam mədəniyyətinin fövqündə dayanır
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizm ideyalarını sərgiləməkdə davam edir. Multikulturalizm və tolerantlıq ənənələrini özündə əxz edən Azərbaycan dünyaya sübut etdi ki, nəinki müxtəlif siyasi baxışlara, ideologiyaya hətta ayrı-ayrı təriqət və inanclara malik insanlar eyni çoğrafi məkanda sülh və əminamalıq şəraitində yaşaya bilər.
13 Yanvar 2017 15:00 SosialÖlkəmiz "İslam Həmrəyliyi İli"ndə İslam ənənələrinin təbliği və təşviqinə böyük töhvələr verəcək
Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan multikulturalizm ideyalarını sərgiləməkdə davam edir. Multikulturalizm və tolerantlıq ənənələrini özündə əxz edən Azərbaycan dünyaya sübut etdi ki, nəinki müxtəlif siyasi baxışlara, ideologiyaya hətta ayrı-ayrı təriqət və inanclara malik insanlar eyni çoğrafi məkanda sülh və əminamalıq şəraitində yaşaya bilər. Öz humanist və barışdırıcı missiyasını davam etdirən Azərbaycan artıq "İslam həmrəyliyi ili"ni yaşayır. Prezident İlham Əliyev Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir: "Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri ölkəmiz haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər! Çünki bizim siyasətimiz səmimi, düzgün, ədalətli, prinsipial və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili" elan edirəm". Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan bu il həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Dövlət başçısı bildirib ki, bunun çox böyük mənası var: "Azərbaycan bu oyunları keçirməklə, bir daha öz gücünü, imkanlarını göstərəcək, öz dini dəyələrinə sadiqliyini nümayiş etdirəcək. Çalışacağıq ki, İslam aləmini birləşdirək". Qeyd edək ki, Azərbaycan belə bir missiyanı təsadüfən öz üzərinə götürməyib. Məlum olduğu kimi sivilizasiyaların əsas mərkəzlərindən biri kimi tolerant və multikultural ənənələrə hər zaman sadiq olan respublikamız İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Prezidentimizin birbaşa göstərişi ilə inşa olunmuş, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. Məhz bu baxımdan, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir: "Multikulturalizm İli" elan edilmiş 2016-cı ildə Azərbaycanın sahib olduğu tolerantlıq və multikulturalizm dəyərləri ölkəmizdə və onun hüdudlarından kənarda geniş miqyasda təbliğ edilərək nümunə göstərildi. Əminəm ki, "İslam Həmrəyliyi İli" elan edilən 2017-ci il də ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaqdır". Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycanın əhalisinin mütləq əksəriyyəti müsəlman olduğundan İslam ölkələri ilə əlaqələr xarici siyasət kursumuzun əsas prioritetlərindən biridir.Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkəsi olsa da, quruluşca İslam respublikası deyil: "Odur ki, Azərbaycan İslam ölkələrinin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biridir və dünyadakı müəslman ölkələri ilə sıx təmaslarda maraqlıdır. Bir sıra İslam ölkələri arasında müəyyən problemlər yaşansa da, Azərbaycan bunun fövqündə dayanaraq, bütün müsəlman ölkələri ilə qarşılıqlı maraqlar, beynəlxalq hüquq prinsiplərinə hörmət çərçivəsində əməkdaşlıq etməyə üstünlük verdiyindən, onların hamısı ilə normal münasibətlərdədir". Azərbaycanın müsəlman ölkələrlə normal münasibətlər qurmasını vacib hesab edən millət vəkili deyib ki, hər bir müsəlman ölkəsinin dünyanın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri var və bundan öz məqsədlərimiz üçün yararlanmalıyıq: "Təsəvvür edin, uzun illər bundan öncə Ermənistan istər uydurma soyqırımı, istərsə də digər məsələləri dünya ictimaiyyətinə çatdırmaq üçün hətta, uzaq Kanariya adalarında yerləşən və bir neçə min əhalisi olan ölkələrdən belə istifadə edib. Ermənilər bu siyasi vahidlər hesabına müəyyən "uğurlar" da əldə edib. Ona görə də, Azərbaycan gələcəkdəki hədəflərini nəzərər alaraq, bütün müsəlman ölkələri ilə yaxın münasibətlərini qoruyub saxlamalı və inkişaf etdirməlidir". Z.Oruc deyib ki, bu gün Azərbaycan İslamı "qara bayraq" simvolikası adı altında "vəhşi", "adamyeyən", "qaniçən" və sair formada təqdim edənlərdən fəqrli olaraq alternativ ortaya qoyaraq, İslamın sülh, əmin-amanlıq, elm dini olduğunu dünyaya sübut etməyə çalışır: "Ona görə də Azərbaycan bu ili "İslam Həmrəylik ili" elan etməklə, dünyaya həqiqi İslamın əmin-amanlıq, sülh şəraitində müxtəlif mədəniyyətlərin birgəyaşayış dini , elm və mütərəqqi din olduğunu dünyaya sübut etmək istəyir. Azərbaycan bu yolla həqiqi İslama öz xidmətini göstərmək istəyir ki, islam "qantökənlər", "adambaşıkəsənlər" dini deyil. İndiki reallıqda İslam dininin üzləşdiyi bir mərhələdə bu çox önəmlidir. O baxımdan da, Azərbaycan üzərinə böyük bir missiyanı götürüb və ümid edirəm ki, bunun öhdəsindən layiqincə gələcək".
Alim