Moskvadan İstanbula uçan təyyarənin quyruğu yerə dəydi, geri qayıtdı

"Vnukovo" aeroportundan havaya qalxan "Boinq" sərnişin təyyarəsinin quyruğu uçuş-enmə zolağına dəyərək qırılıb. Bu barədə “İnterfax" məlumat yayıb. “Boing-737” təyyarəsi İstanbul reysini yerinə yetirirdi. Uçuş vaxtı yerdən qalxarkən bort quyruq hissədən uçuş-enmə zolağına toxunub. Amma bununla belə sürət yığaraq havaya qalxıb”, - deyə mənbə bildirib. Bu hadisədən sonra ekipaj üzvləri uçuşu davam etdirmək istəməyiblər. Və hər hansı nasazlıq olmasın deyə aeroporta qayıdışı tələb ediblər. "Təyyarə sağ-salamat "Vnukovo"ya qayıtdı və endi. Təyyarədə nasazlıq aşkar edilmədi, yalnız zolaqda toxunmanın izi qalıb”, - deyə mənbə qeyd edib. Virtualaz.org

"Vnukovo" aeroportundan havaya qalxan "Boinq" sərnişin təyyarəsinin quyruğu uçuş-enmə zolağına dəyərək qırılıb. Bu barədə "İnterfax" məlumat yayıb. "Boing-737" təyyarəsi İstanbul reysini yerinə yetirirdi. Uçuş vaxtı yerdən qalxarkən bort quyruq hissədən uçuş-enmə zolağına toxunub. Amma bununla belə sürət yığaraq havaya qalxıb", - deyə mənbə bildirib. Bu hadisədən sonra ekipaj üzvləri uçuşu davam etdirmək istəməyiblər. Və hər hansı nasazlıq olmasın deyə aeroporta qayıdışı tələb ediblər. "Təyyarə sağ-salamat "Vnukovo"ya qayıtdı və endi. Təyyarədə nasazlıq aşkar edilmədi, yalnız zolaqda toxunmanın izi qalıb", - deyə mənbə qeyd edib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31