Gündəm
Nazir müavini: “Azərbaycan komandası “KVN” festivalında iştirakdan imtina edə bilər”
“Şən və hazırcavablar klublarının Rusiyanın Soçi şəhərində keçirilən festivalında qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən 2 komandanın iştirakı ortaya çıxıb. Bununla bağlı Gənclər və İdman Nazirliyi tərəfindən beynəlxalq federasiyaya, eyni zamanda, yarışmanın yayımlandığı telekanala etiraz bildirilib. Bizim komanda bu etirazları lazımi ünvanlara çatdırıb”.
Məhkəmə Maşallah Əhmədova vaxt verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
Bu il Avropaya gələn mühacirlərin sayı AÇIQLANDI
Bu ilin ilk 12 günündə Avropaya dəniz yolu ilə mindən çox mühacir daxil olub. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Avropaya Yunanıstan və İtaliyadan keçməklə 1 159 mühacir daxil olub. Bundan başqa, 2017-ci ilin ilk günlərində Türkiyədən Yunanıstana 430 mühacir daxil olub. Məlumatda müqayisə üçün qeyd edilir ki, ötən ilin ilk günlərində bu rəqəm 22 mindən çox olub. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən məlumat verir.
Kamal Abdulla: “2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsi ötən ilin məntiqi davamı idi”
"Cəmiyyətimizin bütün təbəqələri, dövlət qurumları əllərindən gələni etdilər ki, Azərbaycan dünya səviyyəsində son dərəcə yüksək mövqedə özünü göstərə bilsin. Bu, bizim əldə etmək istədiyimiz nəticə idi".
Prezident İlham Əliyev DSX-nın inşası başa çatan gəmisi ilə tanış olub
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevDövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub.
Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana məktub göndərib
Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım!
Şahid: “Qovşağa ayrılan pulların 90 faizi “Aztelekom”a qaytarılıb” - “RABİTƏ İŞİ”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Deputat: "Günahkar beynəlxalq güclərdir" AÇIQLAMA
“Ermənistanın dekabrın 29-da cəbhədə törətdiyi təxribatdan sonra əsgərimizin meyitini qaytarmaması, üstəlik də bununla bağlı qarşımıza şərt qoymasında beynəlxalq gücləri günahlandıram. Çünki, aprel döyüşləri zamanı Azərbaycan tərəfi bu məsələlərə birdəfəlik son qoyacaq, erməniləri Dağlıq Qarabağ ərazisindən çıxaracaqdı. Lakin beynəlxalq güclər bizdən bunun dayandırılmasını xahiş etdilər və bildirdilər ki, guya məsələni dinc yolla həll edəcəklər. Artıq 9 aydır ki, onlar bu istiqamətdə heç nə etmirlər”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.
Mağazanı qarət etmək istəyən yaxalandı
Yanvarın 11-də Sabunçu rayonunun Zabrat qəsəbəsindəki mağazalardan birindən oğurluğa cəhd göstərilib. DİN-dən verilən məlumata görə, oğurluğa cəhddə şübhəli bilinən qəsəbə sakini Vladimir Solokin Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, araşdırılması üçün 15-ci PB-yə təhvil verilib.
Abşeronda narkotik alverçisi tutulub
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov da müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək götürülüb.
Silah alveri ilə məşğul olan şəxs saxlanıb
Hüquq-mühafizə orqanları silah alveri ilə məşğul olan şəxsi saxlayıblar. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən tutulub. Araşdırma zanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Ronaldu komanda yoldaşını "Çelsi"yə keçməyə qoymadı
Xames Rodriges bir neçə klubun maraq dairəsinə düşmüşdü. Bir neçə gün öncə kolumbiyalı yarımmüdafiəçi "Real"da qalacağını açıqladı. "El Confidential"ın məlumatına görə, Xamesin rədd etdiyi klublardan biri "Çelsi" olub. Onun "zadəganlar"ın əlverişli təklifinə "yox" deməsində Kriştianu Ronaldunun böyük rolu olub. Vaxtilə "Manchester United"in şərəfini qorumuş portuqaliyalı ulduz komanda yoldaşını London klubuna keçmək fikrindən daşındırıb. Baş məşqçi Zinəddin Zidanla söhbətdən sonra isə 25 yaşlı havbek "Real"da qalmağa qərar verib. Goal.az
Kilsədə porno film skandalı
Hollandiyanın Tilburq şəhərində Cozef kilsəsinin günahların bağışlanması otağında porno film çəkildiyi iddiaları böyük etirazlara səbəb olub. Kilsə filmi çəkən prodakşını məhkəməyə verməyə hazırlaşır.
Rusiyada arvadını öldürən Şəmkirdə saxlanıb
Rusiya Federasiyasının Sankt-Perterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Şirvan şəhərində əxlaqsızlıq yuvası aşkar edilib
Şirvan şəhərində əxlaqsızlıq yuvası aşkar edilib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rövşən Qurbanovun şəhər ərazisindəki özünə məxsus kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Araşdırma aparılır.














