Ronaldu komanda yoldaşını "Çelsi"yə keçməyə qoymadı
Xames Rodriges bir neçə klubun maraq dairəsinə düşmüşdü. Bir neçə gün öncə kolumbiyalı yarımmüdafiəçi "Real"da qalacağını açıqladı. "El Confidential"ın məlumatına görə, Xamesin rədd etdiyi klublardan biri "Çelsi" olub. Onun "zadəganlar"ın əlverişli təklifinə "yox" deməsində Kriştianu Ronaldunun böyük rolu olub. Vaxtilə "Manchester United"in şərəfini qorumuş portuqaliyalı ulduz komanda yoldaşını London klubuna keçmək fikrindən daşındırıb. Baş məşqçi Zinəddin Zidanla söhbətdən sonra isə 25 yaşlı havbek "Real"da qalmağa qərar verib. Goal.az
13 Yanvar 2017 15:31 İdmanXames Rodriges bir neçə klubun maraq dairəsinə düşmüşdü. Bir neçə gün öncə kolumbiyalı yarımmüdafiəçi "Real"da qalacağını açıqladı. "El Confidential"ın məlumatına görə, Xamesin rədd etdiyi klublardan biri "Çelsi" olub. Onun "zadəganlar"ın əlverişli təklifinə "yox" deməsində Kriştianu Ronaldunun böyük rolu olub. Vaxtilə "Manchester United"in şərəfini qorumuş portuqaliyalı ulduz komanda yoldaşını London klubuna keçmək fikrindən daşındırıb. Baş məşqçi Zinəddin Zidanla söhbətdən sonra isə 25 yaşlı havbek "Real"da qalmağa qərar verib. Goal.az